Əfqan jurnalistlər Meksikada
28 avqust 2021 13:12 (UTC +04:00)

Əfqan jurnalistlər Meksikada

124 əfqan jurnalist ailəsi ilə birgə MEKSİKAYA QAÇDI

Taliban rejimindən canlarını qurtaran 124 əfqanıstanlı jurnalist ailələri ilə birlikdə Meksikaya çatıblar.

Lent.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səhər saatlarında əfqan jurnalistlər təhlükəsiz şəkildə Mexiko Beynəlxalq Hava Limanında qarşılanıb.

Meksikanın xarici işlər naziri Marselo Ebrard jurnalistlərin təhlükəsizliyinin təmin edilməsini ölkəsinin tarixi mövqeyinə uyğun olduğunu deyib:

“Əfqanıstandan ölkəmizə gələn jurnalistlər burada qaldıqları müddətdə gediş-gəliş və yaşayış xərcləri özəl sponsorlar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qarşılanacaq”.

“New York Times” qəzetinin jurnalisti Mixail Slakman həmkarlarına verdiyi dəstəyə, onların təhlükəsiz nəqli üçün qısa müddətdə təyyarə göndərdiyinə görə Meksika hökumətinə minnətdarlığını bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Rəsul SARI

Oxşar yazılar