12-ci mərtəbədən  yıxılan qadın sağ qaldı
23 may 2025 18:01 (UTC +04:00)

12-ci mərtəbədən yıxılan qadın sağ qaldı

Çində təmizlikçi 12-ci mərtəbədən yıxılan qadın sağ qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Jianqsu əyalətinin Tonşan şəhərində baş verib. Çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılan qadın möcüzə nəticəsində sağ qalıb. Bir sıra mürəkkəb əməliyyatlardan sonra həkimlər çinli qadının altı ay ərzində tam sağalıb yeriməyə başlaya biləcəyini bildiriblər.

Həkimlər qeyd ediblər ki, zərərçəkən xəstəxanaya sınıq və daxili orqan xəsarətləri ilə daxil olub. Mütəxəssislər onun qismən yumşaq bir konstruksiyaya düşdüyü üçün sağ qaldığını düşünürlər.

Yerli hakimiyyət orqanları hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, qadın eyvanda müvazinətini itirib. Yıxılmanın dəqiq səbəbi hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar