1 dəqiqədə 2 zəlzələ
29 noyabr 2023 01:10 (UTC +04:00)

1 dəqiqədə 2 zəlzələ

1962-ci ildə Kolumbiya Universitetinin alimi Con Oliver “Yerin nəbzi” adlı fenomeni ilk dəfə sənədləşdirib. Bu, planetin kalibrlənmiş metronomun dəqiqliyi ilə yaratdığı sirli seysmik impulsdur: hər 26 saniyədən bir baş verir.

Lent.azın xəbərinə görə, tədqiqatçı müəyyən edib ki, bu ritmik titrə­yişlərin mənbəyi Cənubi Atlantikada haradasa lokallaşdırılıb. “Planet Today” xəbər verir ki, ye­raltı təkanların intensivliyi yay aylarında artır.

İki onillikdən sonra, 1980-ci ildə amerikalı geoloq Gary Holcomb yenidən fenomenə diqqət çəkib. O, tufanlar zamanı seysmikliyin artdığını qeyd edib. Və yenə də təxminən 20 il ərzində onlar sirli hadisəni unudublar. Sonra “Yerin nəb­zi” yenidən müəyyən edilib və Kolorado Univer­sitetinin tələbəsi Qreq Bensen tərəfindən araş­dırılmasına qərar verilib. Ona Bensenin rəhbəri Maykl Ritsvoller kömək edib. Tandem “Discover Magazine” jurnalında apardıqları araşdırmaların ilk nəticələrindən danışıb.

Onlar müasir alətlər dəstindən istifadə edərək, pulsasiyanın daha dəqiq lokalizasiyasını müəyyən edə biliblər. Mənbə Afrikanın qərb sa­hillərində, Biafra bölgəsində aşkar edilib. Amma onlar da müəmmalı hadisənin səbəblərini anlaya bilməyiblər.

Bəs elmi ictimaiyyətin hansı versiyaları var? Bir nəzəriyyə, nəbzin dalğaların qitə şelfinə dəy­məsi və okean dibini deformasiya etməsi nəticə­sində yarandığını göstərir. Digər bir fərziyyə isə seysmik aktivliyə görə vulkanları nişan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 62610
avatar

Oxşar yazılar