Karzai Molla Öməri siyasi mübarizəyə çağırır
Əfqanıstanda 40 ilə yaxındır vətəndaş savaşı davam edir. Lent.az-ın “svobodanews”-a istinadən məlumatına görə, ölkə prezidenti Həmid Karzai taliblərin lideri Molla Öməri hakimiyyətə qarşı savaşmaqdansa, prezident seçkisində namizədliyini irəli sürməyə, bu post uğrunda siyasi mübarizə aparmağa çağırıb.
Ötən gün H.Karzai jurnalistlər qarşısında çıxışı zamanı Molla Ömərin öz siyasi partiyasını yaradaraq, Əfqanıstan ofisini açıb, seçkilərə qatıla bilməsindən danışıb.
Qeyd edək ki, 2001-ci ildə ABŞ-ın başçılığı ilə beynəlxalq qüvvələr Əfqanıstanda Molla Ömərin Taliban hökumətini devirdikdən sonra onun yer məlum deyil. Amerika Molla Ömərin qaldığı yer haqda informasiya verəni 10 milyon dollar məbləğində mükafatlandıracağını boyun olub.
Prezident Karzai isə dəfələrlə Molla Ömər və başqa yaraqlıları silahı yerə qoyub, dinc proseslərə qatılmağa çağırıb. Ancaq taliblər onun çağırışlarına məhəl qoymurlar. Hətta bu ilin əvvəlində ABŞ-la başlanan ilkin danışıqları da yarımçıq kəsiblər.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18