İran “casus” satır?
Öncədən qeyd edək, bu ittiham altında suçlu bilinənlərə bir qayda olaraq, ölüm hökmü çıxarılırdı. Baş verənlərdən belə çıxır ki, İran İslam Respublikası artıq xarici ölkə vətəndaşlarını «casus» kimi ittiham edib, onları öz ölkələrinə geri sataraq, mövcud iqtisadi-maliyyə sıxıntısından qurtulmaq istəyir.
Ötən ay İslam Respublikası İnqilab məhkəməsi ABŞ vətəndaşları Coşua Fettal və Şon Baveri «ölkə sərhədlərini qanunsuz keçdiyi üçün» 3 il, «casusluğa» görə 5 il olmaqla, hər birini 8 il azadlıqdan məhrum edib.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. 28 yaşlı Şeyn Bauer və Coşua Fettal, 32 yaşlı Sara Şord ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırdı. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən, İraqın şimalında azıblar.
Vaşinqton isə israrla bəyan edirdi ki, ABŞ vətəndaşlarına qarşı bütün ittihamlar əsassızdır.
Tutulanlardan birinin, Sara Şordun anası ötən il İranın ali rəhbəri ayətullah Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların «İrana zərər vurmaq niyyətində olmadıqlarını» bildirmişdi.
2010-u ilin sentyabrında Tehran hakimiyyəti ABŞ vətəndaşı Sara Şordu 500 min dollar girov qarşılığında sərbəst buraxdı. Məhkəməyə gəlməkdən imtina edən Sara Şord qiyabi mühakimə olunub.
Ötən gün isə Şeyn Bauer və Coşua Fettalın vəkili Məsud Şafei bildirib ki, hər biri 500 min dollar məbləğində girov ödəyəcəyi halda İran hakimiyyəti onları da «azadlığa» buraxmağa hazırdır. Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın İranda maraqlarını müdafiə edən İsveçrə səfirliyi məlumatlandırılıb.
BMT-nin illik toplantısı çərçivəsində ABŞ-da olan İran prezidenti Mahmud Əhmədinejad isə NBC telekanalına müsahibəsində bəyan edib ki, yaxın bir-iki günə amerikalılar - Şeyn Bauer və Coşua Fettal azadlığa buraxılacaq.
Halbuki Sara Şord 500 min dollar ödədikdən sonra Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi məsələ ilə bağlı belə açıqlama vermişdi: «Amerikalı casus 500 min dollarlıq girov qarşılığında sərbəst buraxıla bilər. O biri iki amerikalı isə dəmir barmaqlıqlar arxasında saxlanılacaq».
Ötən il Tehran hakimiyyəti almaniyalı jurnalistlər Markus Helliviq və Yens Koxu da girov qarşılığında azad etmişdi. Almaniya dövləti onların hər birinə görə 50 min dollar cərimə ödəmişdi...
Sentyabrın 10-da isə İsrailin kəşfiyyat orqanlarına «casusluq»da ittiham olunan iki nəfəri məhkəmə prosesi başlayıb. Abbas Cəfəri-Dövlətabadi bu «casusların» 2009-cu ildə tutulduğunu söyləsə də, onların adlarını açıqlamayıb.
«Onlar sionist rejiminə (İsraili nəzərdə tutur - S.S.) işləməkdə ittiham olunur. Müttəhimlər gizli hərbi obyektlərə girərək, oranın fotosunu çəkməkdə günahlandırılırlar. Onlar həm də İsrail kəşfiyyatından qanunsuz pul almaqda ittiham olunurlar» - deyə, prokuror söyləyib.
Bu ilin avqustunda isə İslam İnqilabı Hərbi Məhkəməsi iranlı atom-fiziki Məsud Əli –Məhəmmədi qətlə yetirməkdə ittiham olunan Məcid Camali-Faşi barəsində edam hökmü çıxarmışdı. Tehran mənbələrinin məlumatına əsasən, o, «Mossad»a casusluq etdiyini etiraf etmişdi. Məhkəmə zamanı Faşi bildirmişdi: «Əslində mən 5 terror aksiyası həyata keçirməliydim. Ancaq mən təbiətcə cinayətkar deyiləm. Mən «Mossad»ın Təl-Əivilə Qüds arasında yerləşən bazasında təlim keçmişəm. Alimin qətli üçün 120 min dollar almışam».
Tehran hakimiyyəti amerikalı «casusların» sərbəst buraxılmasını «humanitar davranışı» adlandırır. Lakin başqa tərəfdən, hazırda məhkəməsi gedən, adı açıqlanmayan, İsrailin «xeyrinə casusluq edən» iki nəfər görə nə qədər girov istəyir...
Sədrəddin Soltan

734