Ayətullah Xamneyinin panfarsçılığı
Belə təsdiqləyici olaylardan biri də iki gün öncə İranı ali rəhbəri ayətullah Xamneyinin keçirdiyi görüşdə baş verib.
O, ayətullah Xomeyni adına Hüseyniyyə məscidində mədəniyyət və incəsənət nümayəndələri, eləcə də Tacikistan və Əfqanıstanın farsca yazan şairləri qəbul edərkən, bölgədə baş verən olaylardan, «islam oyanışından» danışdıqdan sonra deyib: «Bu dəyişikliklər İran xalqının möhtəşəm hərəkatının təsiri ilə əmələ gəlib. Şairlər bu vəziyyəti dərk etməli, islam inqilabının mahiyyətinə və diskursuna sadiq qalmaqla yanaşı, İran xalqının başqa xalqlara örnək olması üçün vacib şərt kimi, öz dini bilgilərini də dərinləşdirməlidirlər».
Şairlər əxlaqi, dini, siyasi, inqilabi, ictimai və islami oyanış mövzusunda farsca yazdıqları şeir parçalarını oxuyublar.
Görüş zamanı ayətullah Xameneyi ölkədə poeziya sahəsində ümumilikdə mütərəqqi bir hərəkatın həyata keçirilməkdə olduğunu da vurğulayıb: «Hazırkı dövr fars şeirinin yenidən yüksəliş və çiçəklənmə dövrünə qədəm qoyacağından müjdə verir. Hal-hazırda ölkədə qocaman və gənc şairlərin əvvəllər heç vaxt rast gəlinməmiş say çoxluğu müşahidə olunmaqdadır. İslam inqilabı maarif və incəsənəti xalqın, cəmiyyətin arasına gətirdi. 30 illik bu üslub davam etdirilsə, şairlərimizin sayı ötən bütün dövrlərlə müqayisədə dəfələrlə çox olacaq. Təbii ki, yeni məzmun yarandıqda ardınca yeni forma gətirir və şerin dili tədricən daha da püxtələşərək möhkəmlənir».
Ayətullah Xamneyi bu çıxışı ilə həm mövcud siyasi ideologiyaya, həm də İrandakı 85 illik bir ideologiyaya, panfarsçılığa xidmət etdiyini göstərib.
Yada salaq ki, bir neçə il öncə, ayətullah Xamneyi İranın milli birlik amilinin «İslam dini və mədəniyyəti olduğunu» bildirmişdi. Belə bir müqəddəs gündə isə o, milli-mədəni sahədə ədalətsizliyə yol verərək, «fars şeirinin» yüksəlişindən danışır.
Azərbaycan türklərinin milli ədəbiyyatının inkişafından necə danışsın? Bir dildə təhsil yasaqlanarsa, həmin dildə ədəbiyyatın inkişafından söz açmaq gülünc deyilmi? Ayətullah Xamneyi də bunu yaxşı bilir. Ona görə də islam adı altında mövcud olan, qulluq etdiyi panfarsçılığın ədəbiyyatından söz açır.
Yuxarıda vurğuladıq ki, Tehran hakimiyyəti panfarsçılığa əsaslanan bir rejimdir. Özünə lazım olanda isə islamçı rolunu da oynayır.
İranın Mədəniyyət Nazirliyi nəşriyyatlardan Nizaminin 800 illik əsəri “Xosrov və Şirin”indən bəzi hissələrin çıxarılmasını istəyib.
Kulis.az-ın məlumatına görə, illərdir “Xosrov və Şirin” poemasını yayımlayan “Peydayeş” Nəşriyyatının rəhbəri Fəriba Nəbati əsərin açıq-saçıq hissələrini çıxararaq, təsdiq üçün Mədəniyyət Nazirliyinə göndərib. Ancaq nazirlikdən gələn cavab hamını təəccübləndirib.
Qurum 1177-ci ildə Nizami Gəncəvinin qələmə aldığı “Xosrov və Şirin” əsərindən hətta “Tək qala biləcəyimiz bir yerə gedək”, “əl-ələ tutuşmaq” ifadələrinin də çıxarılmasını istəyib.
Bu sayaq bəsit siyasi-ideoloji təəssübkeşlik əslində bütün dillərdə ədəbiyyatın, mədəniyyətin inkişafına ziyan vurmaqdadır. Baş vermiş olay sovetlər zamanı Mikayıl Müşfiqin yazdığı «Oxu, tar»ına qarşı Süleyman Rüstəmin «Oxuma, tar, səni sevmir proletar» yazmasına daha çox oxşayır.
Bu iki örnək Tehranın islam adı altında irqçi siyasət yürütdüyünü bir daha təsdiqləyir.
Sədərddin Soltan

665