Başı bədənindən ayrıldı, dirildi...
02 sentyabr 2011 19:46 (UTC +04:00)

Başı bədənindən ayrıldı, dirildi...

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu ilin martında 22 yaşlı Aaaron Denin qəza nəticəsində boynu qırılıb.

Travma çox ciddi olduğu üçün həkimlər birmənalı olaraq onun öləcəyini proqnozlaşdırıblar. Ancaq Aaron Den hazırda sağalır. Sauthempton Hospitalında çalışan professor Endi Eynon deyib ki, qəza zamanı Aaron Denin kələsinin yaxınlığında yerləşən boynun fəqərə sümüyü iki hissəyə ayrılıb, fəqərə sümüyü kəllədən 9 millimetr uzaqlaşıb. Yəni faktiki baş bədəndən qopub.

Adətən belə travmalar zamanı təkcə onurğa beyni yox, həm də başı qanla təmin edən şah damar da zədələnir. Həkimlər cərrahi əməliyyat yolu ilə fəqərə sümüyünü bitişdiriblər. Bu, riskli bir əməliyyat olub, çünki beyni qanla təmin edən iki arteriya damarından biri zədələnib. Xəstənin baş və çanaq sümüyündə sınıqlar da olub. Ancaq əməliyyatdan sonra travmalar elə sürətlə sağalmağa başlayıb ki, Aaron Den artıq sentyabrın sonunda xəstəxanadan evə buraxıla bilər.

Qeyd edək ki, qəzadan sonra həkimlər Aaron Denin süni koma vəziyyətinə salınması barədə qərar qəbul ediblər. Komanın beşinci gün xəstənin yaxınları ümidlərini itiriblər. Həkimlər aparatların yardımı ilə yaşayan xəstəni aparatlardan ayırmaq istəyən zaman isə onun barmaqlarının tərpəndiyini görüblər.

Həkimlər Aaron Denin həyatı boyu iflic vəziyyətində qalacağını düşünsələr də, bu proqnozları da özünü doğrultmayıb. Hazırda o, sərbəst hərəkət edir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23