9 ildə 50 milyon avro mənimsəyən cinayətkarlar tutuldu
ABŞ və Avropa ölkələrinin xüsusi xidmət orqanları kredit kartları ilə bağlı fırıldaqlar üzrə ixtisaslaşmış beynəlxalq cinayətkar şəbəkənin üzvlərini saxladıqlarını bəyan ediblər. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Bolqarıstanda 47 nəfər, İtaliyada 9 nəfə, İspaniyada 2 nəfər, ABŞ-da 2 nəfər və Polşada 1 nəfər saxlanılıb.
Cinayətkar şəbəkə 9 ildir ki, bu fəaliyyətlə məşğul olurmuş. Araşdırma zamanı onların 9 min kredit kartının surətini çıxardıqları, 50 milyon avroya qədər vəsait mənimsədikləri üzə çıxıb.
Cinayətkar şəbəkənin iş üslubu da maraqlı olub. Dəstə müxtəlif ölkələrdə içərisində pul olmayan saxta bankomatlar quraşdırıb, bu bankomatlara baş vuran insanların kartlarının pin-kodlarını öyrənib. Daha sonra isə dəstə üzvləri həmin plastik kartların surətlərini çıxararaq hesablardakı pulları oğurlayıblar.
Bu, son 5 ildə dünyada ən yaxşı təşkilatlanmış və müxtəlif ölkələr üzrə şəbəkələşmiş cinayətkar dəstə olub.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14