Kraliçanın qürur duyduğu, Vəzirovun dostu, Xruşovun dəli olacağını zənn etdiyi rus balası...
“Əgər orada ölsəm, sən də kədərlənib ölmə. İnsanlar bəzən yeriyəndə də yıxılır və boyunlarını sındırırlar. Orada da başıma hər iş gələ bilər. Əgər başıma pis iş gələrsə, Valyuşa, kədər və qüssəyə qapılma. Ən azı ona görə ki, günlərin birində kiminsə maşın zərbəsindən ölməyəcəyinə təminat yoxdur”.
Bu məktub 50 il bundan əvvəl, aprelin 10-da yazılıb. Məktubdan iki gün sonra artıq bütün dünya ondan danışacaqdı. Göylərin ilk fatehi Qaqarindən. O Qaqarindən ki vur-tut 34 il yaşamışdı. Və artıq əfsanəyə çevrilməyə bacarmışdı. Elə yazımız da bu əfsanədəndir.
Dülgər oğlu
Yuri Alekseyeviç Qaqarin 1934-cü ildə kəndli ailəsində anadan olmuşdu. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Smolensk vilayətinin Kluşino kəndində keçirmişdi. Amma buna uşaqlıq demək mümkün idisə. 41-ci ildə almanlar Kluşinonı işğal etmişdilər. İşğal altında olan kəndlərində təbii ki balaca Yuranın təhsil alması da mümkün deyildi. 43-cü ildə sovet qoşunları Kluşinonı azad etdikdən sonra Qaqarinlər ailəsi Qjatsk şəhərinə köçürlər. Yeri gəlmişkən, həmin şəhər indi Qaqarin adlanır. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək, metaltökmə ixtisasına yiyələnir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna və oktyabr ayında Saratov aviasiya məktəbinə daxil olur.
Qızlar ona vurulmuşdu
Qaqarinin tələbə yoldaşı Andrey Tobleyevin xatirələrindən:
“Yura məktəbdə o qədər də fitri istedadı ilə seçilmirdi. Adi tələbə olsa da, çox inadkar idi. Orta qiymələrlə oxuyurdu. Məktəbdə təyyarəçilikdən daha çox basketbolla maraqlanırdı. Özü də onun üzünün gülmədiyi vaxtı olmazdı. Həmişə dişləri ağarırdı. Biz toxucu qızlarla bir yataqxanada qalırdıq. Bütün qızlar ona vurulmuşdu”.
İmtahandan kəsilə bilərmiş...
1955-ci ildə aviasiya məktəbində buraxılış imtahanı keçirilir. Və Yura ilk cəhddəcə uğursuzluqla üzləşir. “Yak-18” təyyarəsində ilk dəfə sərbəst uçuş edən gələcəyin kosmonavtı onu təlimata uyğun yerə endirə bilmir. Bu isə o demək idi ki, gənc Qaqarin imtahandan kəsilirdi.
“O, hönkür-hönkür ağlayırdı. İmtahan komissiyasının üzvlərinə, məktəbin direktoruna yalvarırdı ki, ona bir şans da versinlər. Direktor qəti şəkildə bunun əleyhinə idi. “Səndən təyyarəçi çıxmaz. Get, başqa peşə sahibi ol” - deyə, Yuranı tam ümidsiz etmişdi. Amma son anda imtahan komissiyasının sədri onu yanına çağırdı. Kursdakı bütün tələbələr imtahan verəndən sonra ona şans veriləcəyini dedilər. O, gözünün yaşını silib, öz şansını gözləyirdi. Və hamıdan sonda yenidən “Yak-18”-in kabinəsinə qalxır. Və elə bir uçuş sərgiləyir ki, imtahan komissiyasının üzvləri, hətta direktor belə onu ayaq üstə alqışlayırlar”. Bunu isə uzun müddət Qaqarinlə dostluq etmiş tələbə yoldaşı Georgi Tarasov xatırlayır.
Altıdan biri
1955-ci ilin oktyabrında Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə xidmət göndərilir. Və onun ulduzu da, necə deyərlər, burda parlayır. 1959-cu ildə o, ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. 1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən sovet kosmonavtikasının “atası” akademik Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Həmin dövrdə SSRİ və ABŞ arasında kosmos uğrunda əsil yarış gedirdi. “Yarış” 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki “Sputnik-1”in kosmosa göndərilməsi ilə başlamışdı. Yeri gəlmişkən, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-a texniki və ideoloji zərbə endirdi. Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan Şepard “Freedom-7” kosmik gəmisi ilə yerətrafı orbitə göndərildi. Beləliklə, Şepard kosmosa göndərilən ikinci insan oldu. SSRİ buna növbəti kosmonavtlarını yerətrafı orbitə göndərməklə cavab verdi. 1962-ci il avqustun 12-15-də kosmosa iki nəfər göndərdi və bununla Amerikanı yenə də qabaqlamış oldu.
Kosmos uğrunda gedən savaşa qadınlar da cəlb edildilər. 1963-cü il iyunun 16-da “Vostok-5” gəmisi ilə SSRİ ilk qadın kosmonavtı, Valentina Tereşkovanı kosmosa göndərdi. Bu isə ideoloji baxımdan ABŞ-a vurulan daha bir zərbə oldu.
Qa-qa-rin!!!!
İndi isə qayıdaq 1961-ci ilin aprelinə. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və Titov seçilir. Bəs niyə son anda şans Qaqarinə verilir? Bunun bir da maraqlı tarixçəsi var…
…Korolyov məruzə üçün o vaxtkı baş katib Nikita Xruşovun yanına gəlir. Baş katibə məruz edən akademik bildirir ki, həm Qaqarin, həm də Tiov uçuşa hazırdılar. Amma Titovun uçmasının tərəfdarıdır. Xruşov soruşur:
- Niyə Titov?
- Onun psixoloji hazırlığı ilə bağlı aparılan testlər Qaqarininkidən bir qədər yaxşı nəticə verib. Qərara gəlmişik ki, Titov uçsun.
Xruşşov Korolyovdan daha heç nə soruşmur. Səhər onu yenidən qəbul edəcəyini bildirir. Səhəri baş katibin qəbuluna gələn akademik eşitdiyindən şoka düşür:
- Kosmosa Qaqarin uçacaq!
- Nikita Sergeyeviç, axı...
- Sergey Pavloviç, Mərkəzi Komitə belə qərara gəlib.
Və qərarı belə izah edir:
- Biz ABŞ-ı qabaqlamışıq. Biz ilk imza atırıq. İndi siz deyirsiniz ilk kosmonavtın familiyası Titov olsun? Görün necə gurultulu səslənir: Qa-qa-rin! Yoxsa, Ti-tov...
Korolyovun razılaşmaqdan da başqa əlacı qalmır.
Tarixə düşən 108 dəqiqə
Uçuş təcili şəkildə 12 aprel 1961-ci ilə təyin olunur. Çünki sovet kəşfiyyatının əldə etdiyi bilgilərə görə, təxminən 20-25 gündən sonra ABŞ kosmosa adam göndərməliydi. Ayın 12-si günü bütün dünyanın diqqəti Baykonur start məntəqəsinə yönəlir. Hamı həyəcan içində Qaqarini kosmik gəmiyə yola salır. Qaqarin yenə gülümsəyirdi. Amma kabinəyə daxil olan anda geri çevrilib, sağollaşanda onun üzündə qəribə bir nisgil vardı. Saat 9.07-ni göstərirdi.
“Poexali!”. Bu, Qaqarinin kosmik gəmi yerdən götürüləndə dediyi sözdür. Bütün dünya 1 saat 48 dəqiqə ərzində göydən həyəcanla xəbər gözləyir. Ən çox həyəcanlanan isə həmin vaxt Abxaziyada dincələn baş katib idi. Demək olar ki, hər iki dəqiqədən bir Korolyovla əlaqə saxlayan Xruşov “uçuş normal gedir” cavabından sonra sakitləşirdi. Qaqarinin içində olduğu “Vostok” gəmisi göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. Amma nəzərdə tutulduğu yerdən 300 kilometr aralı düşür. Saratov vilayətinin Engels şəhərinin yaxınlığına. Onu yerli mexanizatorlar qarşılayırlar. Və Qaqarin zarafatla ilk məruzəsini də onlara edir: “Təyyarəçi-kosmonavt Yuri Alekseyeviç Qaqarin kosmosa uçuşu uğurla yerinə yetirmişdir”.
“Atam quş kimi uçurdu”
“Atama xəbər veriləndə sevincdən quş kimi uçurdu. Abxaziyada istirahətini yarımçıq qoyub təcili Moskvaya gəldi. Marşal Malinovskini yanına çağırıb, Qaqarinə polkovnik rütbəsi verilməsini tapşırır. Malinovski bildirir ki, Qaqarin baş leytenant rütbəsini təzə alıb, birdən-birə polkovnik verilməsi mümkünsüzdür. Amma Xruşov təkid edir. Uzun mübahisədən sonra tərəflər mayor rütbəsində razılığa gəlirlər”.
Bu isə Xruşovun oğlu Sergey Xruşovun xatirələrindəndir. Hə, lap yaddan çıxmamış, oğul Xruşov onu da xatırlayır ki, baş katibin ən böyük qorxusu, sən demə, Qaqarinin kosmosdan sağ-salamat qayıdandan sonra dəli ola bilmə ehtimalından imiş.
Qaqarin, təbii ki, dəli olmur. Onu dəlicəsinə sevməyə başlayırlar. Dəhşətli dərəcədə populyarlıq qazanan Yura bütün dünyanı gəzməyə başlayır. 80-ə yaxın ölkədə olur. İngiltərədə olarkən - yeri gəlmişkən, aprelin 12-də Londonda onun heykəli açılmalıdır - kraliça Yelizaveta onunla şəkil çəkdirəndə “mən xoşbəxtəm ki, kosmosa ilk uçan şəxslə fotom olacaq” - deyir. İtaliya və Fransanın ali ordenlərinə layiq görülür. Anqolanın paytaxtında aeroporta onun adı verilir. Çexoslovakiya, Polşa, ADR-də mərkəzi küçələr onun adını daşıyır. SSRİ-nin onlarla şəhərinin, eləcə də Bakının fəxri vətəndaşı olur. Bu tip məqamları çox sadalamaq olar. Amma unutmayaq ki, ona, 27 yaşlı Qaqarinə həm də Sovet İttifaqı Qəhrəmanı adı verilir. Üstəlik, SSRİ Ali Sovetinə iki çağırışda deputat da seçilir. Bir sözlə, şöhrətin piki…
Son uçuş
Uzun fasilədən sonra - 1967-ci ildə Qaqarin yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü “MİQ-17“ təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, yerə enən zaman düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, kosmonavtlar hazırlayan mərkəzdə hamıya aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu, onu faciəyə doğru aparır.
1968-ci il, mart ayının 27-də, Moskva vaxtı ilə saat 10.18-də Qaqarin və Seregin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10.30-da Qaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14.50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi…
Onu Brejnev öldurtdürüb?
Bəzi alimlər Qaqarinin ölümündə Brejnevin əlinin olduğunu düşünürlər. Bəzi versiyalara görə, iki dəfə deputat seçilən, siyasətlə məşğul olmaq istədiyini deyən Qaqarinin məşhurluğu Brejnevi qorxuya saldığından, o, kosmonavtı öldürtdürüb.
İstintaqda təyyarənin qəzaya səbəb olduğu güman edilib. Lakin həmin vaxtdan bu günə qədər ölüm səbəbləri sırasında hava şəraitinin pis olması, quş dəstəsinin və ya toz buludunun Qaqarinə mane olması, pilotun sərxoş olması ehtimalları da səsləndirilir.
İstintaq belə qənaətə gəlib ki, hadisə baş verən gün hava pis olub və Qaqarinin olduğu təyyarə quş qatarı və ya toz buluduyla toqquşmamağa cəhd göstərib. Amma son nəticədə bu mübarizədə məğlub olaraq, idarəetməni itirib. Qaqarinin sərxoş olduğu, pilot kabinəsinin yanlışlıqla açılması kimi iddialar da qəzanın səbəbləri kimi qeyd edilib.
Qaqarinin təyyarəsi ilə idarəetməyə nəzarət qülləsi arasında sonuncu əlaqə saat 10:30-da olub. Uçuşun sakit keçdiyini bildirən Qaqarin aerodroma dönmək istədiyini xəbər verib. Qüllədən icazə verilməsinin qarşılığında kosmonavt “enirəm” cavabını verib. Bu da Qaqarinin son sözləri olub.
Ölüm hadisəsilə bağlı təşkil edilən hökumət komissiyası çox uzun araşdırmalar aparıb. Ancaq təyyarənin enişilə bağlı dəqiq açıqlama verilməyib.
Olayla bağlı mütəxəssisləri iki sual narahat edir: enmə icazəsi istəyən Qaqarin niyə təyyarənin sürətini azaltmayıb? Qəza zamanı göyə atlama (katapult) sistemindən niyə istifadə etməyib? Son bir dəqiqə içində baş verənlər isə illərdir hələ də sirr olaraq qalır.
Vəzirovun dostu
Qaqarinin həyatından başqa maraqlı fakt. Sən demə, o, Azərbaycana bir vaxtlar rəhbərlik etmiş Əbdürrəhman Vəzirovla möhkəm dost olub. Hətta Vəzirov ona Moskvaətrafı kurort qəsəbə Peredelkinoda ona kabab bişirməyin sirlərini də öyrədib.
Vəzirovun “Oqonyok” jurnalına verdiyi müsahibədən:
“Yura çox oxuyurdu. Ən çox da Yesenini. Özü də gözəl şeir demək qabiliyyəti vardı. Onun qədər lətifə bilən adamı xatırlamıram. O, həm də seks-simvol idi. Qızlar onu dəlicəsinə sevirdilər”.
Səbuhi Məmmədli

1694