Ərdoğan Liviyada qiyamçıların silahlandırılmasının əleyhinədir
0
0
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın London səfərinə Liviya böhranı möhürünü vurub.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, baş nazir London səfərində İngiltərə kraliçası II Yelizaveta tərəfindən qəbul edilib, həmkarı Devid Kemeronla görüşüb. Görüşlərin ən önəmli mövzusu isə Yaxın Şərq və Liviyadakı hadisələr olub. Rəcəb Tayyib Ərdoğan görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin Avropa Birliyinə tam üzvlük prosesində İngiltərənin verdiyi dəstəyə görə təşəkkür edib, Almaniya və Fransanı isə bir daha tənqid edərək, Kiprlə bağlı vədlərin yerinə yetirilmədiyini vurğulayıb.
NATO-nun Liviyada çox önəmli bir imtahanla qarşı-qarşıya olduğunu bildirən baş nazir deyib ki, “Liviya Əfqanıstan kimi olmasın”. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Liviyadakı müxalifət qüvvələrinin silahlandırılmasına qarşı çıxdığını vurğulayıb. Suriya prezidenti Bəşər Əsədin çıxışını da dəyərləndirən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu mesajların Suriya xalqını nə qədər qane etdiyini deyə bilməz: “Daha konkret mesajlar verilsəydi, daha yaxşı olardı”.
İngiltərənin baş naziri Devid Kemeron da Türkiyənin Liviya böhranında NATO içərisində oynadığı rolun əhəmiyyətinə diqqət çəkib və Suriyada tələblərə islahatlarla cavab verilməsini vacib sayıb.