“Ölməyibsə, asılmayıbsa, suda batmayıbsa, deməli möcüzə baş verib...” - ARAŞDIRMA - IV yazı
Orta əsrlərin casusluq tarixi məzmun, mahiyyət və xarakter etibarilə müxtəlif dövrlərə bölünür. Baş vermiş mühüm dini, iqtisadi, siyasi və mədəni hadisələr həmin dövrün kəşfiyyat və casusluq işində də geniş şəkildə əks olunub. Xatırlasaq görərik ki, islamın yaranması, xilafətin qurulması, “səhrada qum dənələri qədər saysız-hesabsız qoşunu» olan əzəmətli Çingiz xanın hərbi yürüşləri, xilafətə qarşı 22 il müharibə aparmış bizim Babəkin şücaətləri, ardından xristian dünyasında bir-birinin ardınca yaranan dövlətlərin hər biri casusluq və kəşfiyyat tarixinə böyük töhfələr bəxş ediblər. Bu dövr həm də casusluğun və kəşfiyyatın ilkin texniki vasitələrinin yaranmağa başladığı dövrdür. Gizli yazışmaların texnikası, kəşfiyyatda çox geniş istifadə olunan məxfi şifrələrin yaranması prosesi məhz orta əsrlərdən başlayıb.
İslam peyğəmbərinin sağlığında intişar tapmağa başlayan xilafətin ilkin işartıları onun vəfatından sonra sələfləri tərəfindən uğurlu şəkildə davam etdirildi. 10 il ərzində ərəblər Misiri, Suriyanı və Fələstini zəbt edirlər, 711-ci ildə isə Avropaya yürüşə başlayırlar, İspaniya uzun müddət İslamın Avropadakı forpostu rolunu oynayır. Belə geniş əraziləri idarə eləmək üçün sözsüz ki, müsəlmanlar böyük casus şəbəkəsinə malik olmalıydılar. Ona görə də, qeyri-ərəb və qeyri-müsəlman əhalisi olan ölkələrdə baş qaldıra biləcək istənilən üsyanlardan vaxtında xəbər tutmaq üçün güclü nəzarət sistemi yaradılmışdı. Məsələn, VIII əsrin ortalarında artıq xilafət ərazisində 930 poçt məntəqəsi vardı. Xəlifə əl-Mənsur deyirdi ki, «mənim taxt-tacım dörd sütun üzərində bərqərardır: qərəzsiz qazıların, sədaqətli sərkərdələrin, düzgün maliyyə nazirlərinin və mənə vaxtında lazımi informasiyalar çatdıran çevik poçt rəislərinin».
Çoxlarının tanıdığı baş vəzir məşhur Nizamü-əl-mülk özünün «Siyasətnamə» əsərində yazır: “Ölkənin çaparları yalnız informasiya çatdırmaqla deyil, həm də getdikləri ölkələrdə qalaların, dövlət idarələrinin, çayların, digər maneələrin harada olmasıyla maraqlanmalıdırlar. Hər gedilən yeni yer məlumat ehtiyatını artırmalıdır”.
Orta əsrlərin ən böyük müharibəsi Xürrəmilər hərəkatının rəhbəri Babəklə 833-cü il avqustun 10-dan xəlifə elan olunan Mötəsimin sərkərdəsi Afşin arasındakı müharibədir. Təxminən 2 ilə qədər sürən bu müharibə xeyli hərbi kəşfiyyat və casusluq olayları ilə zəngindir. Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabından oxuyuruq: “Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. O, özünün casuslarından başqa Babəkin casuslarını da öz tərəfinə cəlb eləyərək, xürrəmilərin yeri, istehkamı və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul ödəyirdi”.
Təbəri də yazır ki, bu müharibənin başa çatmasında Afşinin hərbi hiyləsinin və casuslarının rolu böyükdür.
836-cı ilin qışında xürrəmilər məşhur sərkərdələrindən olan Tarxanı itirdilər. Yenə Təbəri yazır ki, bu igid türk ərəbləri lap təngə gətiribmiş: “Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxarmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qış aylarını Həştadsər dağı yaxınlığında – öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum eləyib, onu öldürdü və başını kəsərək Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük zərbə oldu”.
22 il ərəb xilafətinə qarşı mübarizə aparan Babək özü də xəyanət nəticəsində ələ keçdi. Belə ki, o, alban knyazı Səhl ibn Sumbatın dəvəti ilə ona qonaq gedir və qışı dostunun qalasında keçirməyi qərara alır. “Dostu” isə artıq çoxdan idi ki, Afşinə casusluq eləyirdi. Təbəri bu barədə yazır: “Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadı. Bir neçə gündən sonra isə Səhlin düzəltdiyi ovda Babək tutuldu. Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər”.
Bəşər tarixinin sirli hadisələrindən olan Çingizxanın imperiyası əfsanəvi qəhrəman Makedoniyalı İsgəndərin şücaətlərini belə kölgədə qoyur. Həqiqətən, Çingizxanın işğalındakı ərazilər böyük makedoniyalının zəbt elədiyi torpaqlardan dörd dəfə böyük idi. Xüsusi olaraq qeyd eləyək ki, Çingizxan daha çox hərb taktikasını və hərbi kəşfiyyatı yeni nümunələrlə zənginləşdirib. Nə qədər qeyri-adi səslənsə də, bu cahanşümul sərkərdə həyatı boyu casuslara və xəyanətkarlara nifrət eləyib. Hətta elə olub ki, düşmən olan sərkərdəni əli-qolu bağlı ona təhvil verən əsgərləri belə edam edib. Məhz ona görə də Çingizxan bütün müharibələrində hərbi hiyləyə daha çox üstünlük verirdi.
Orta əsrlərin casusluq tarixindən danışarkən bəşəriyyətin fikir tarixində yalnız əməlləri ilə deyil, həm də şahanə əsəri ilə adını yazmış İtaliya mütəfəkkiri və filosofu, dövlət xadimi Nikkola Makiavellidən bəhs etmədən yan ötmək olmur. Orta əsrlərin parçalanmış İtaliyasında yaşayan Makiavelli vətənini birləşdirməyin yollarını arayarkən gəldiyi qənaətlər əsasında yazdığı “Hökmdar” əsəriylə, Nitsşenin təbiri ilə desək, “bütün əsrlərin ən amansız düşüncə sahibi” adını qazanıb. Onun əsərlərinin ana xəttini respublika və dövlət naminə siyasətçinin hər bir yola əl atmasının mümkünlüyü barədə fikir təşkil edir. Ona görə indinin özündə də “məqsəd vasitəni doğruldur” kəlamı birbaşa Makiavellinin adı ilə bağlıdır. Çoxları makiavellizmi başa düşmür, buna yalnız ikiüzlülük, satqınlıq, xainlik kimi baxır. Ancaq bizim istəklərimizdən və arzularımızdan asılı olmayaraq dünya tamam fərqli qanunlarla yaşayır. Və hamımız gözəl bilirik ki, dünyada heç də həmişə ədalət qələbə çalmır, heç də həmişə haqq nahaqqa qalib gəlmir. Əksinə, bu dünya zəifləri heç sevməz və bu dünya heç də həmişə özünün bütün həyatını ədalət və haqq yolunda fəda edənlərin haqlarını tanımır. Makiavellli bəlkə özü də bilmədən nəinki özündən əvvəlki və öz dövrünün, hətta bəşər durduqca davam edəcək ölkədaxili və ölkədışı siyasi mübarizənin qaydalarının təməlini qoydu. Bu qaydalara görə dünyada ədalətli və ədalətsiz haqlar olmur, dünyada alınan və verilən haqların davası gedir. Makiavellizm bizə haqların itirilməməsi üçün nələrin vacib olduğunu, itirilən haqların isə qaytarılmasının yollarını öyrədir.
Böyük əksəriyyət Makiavellinin “Hökmdar”ında yalnız və yalnız Papa VI Aleksandrın qanunsuz oğlu, bacarıqlı diplomat və hiyləgər sərkərdə Sezar Borcianı görürlər. Doğrudan da Makiavelli dövründə baş verənlər əsl cəhənnəm qanunları ilə müqayisə edilə bilər. Təşkil etdiyi ziyafətdə iştirak etməkdən boyun qaçırdığına görə doğma qardaşını öldürən Sezar, xristianları İsa yoluna dəvət etməsinə rəğmən günlərini eyş-işrətlə keçirən Papa qətlin və işgəncənin adi hala çevrildiyi dövrdə yaşayırdılar. Əlbəttə, XV əsr İtaliyası çətin və qanlı bir dövr idi. Əlbəttə, “kim 1470-də ölməyib, 1490-da asılmayıb və 1520-də suda batmayıbsa, deməli onunla möcüzə baş verib” deyimi də həmin əsrin payına düşür. Ancaq Makiavelizm tək zorakılıq və qana qarşı bir silah deyil. Çünki Makiavellinin yaddaşında hələ ilk gəncliyindən daha fərqli məqamlar da qalmışdı. Makiavelli zavallı rahib Savanorolanın faciəli taleyinin şahidi olmuşdu. Bu həmin Savanorola idi ki, 1490-cı ilin aprel ayında bütün Florensiyanı mərkəzi meydana yığaraq “küfr” kitabların yandırılmasını təşkil etmişdi. Həmin ilin aprel ayında rahibə səcdə edən kütlə, onun ətəyindən bir dəfə öpməyi özünə böyük şərəf hesab edənlər cəmi üç aydan sonra elə həmin meydanda Savanoralanı tonqalda yaxdılar. Makiavelli onu boya-başa çatdırmış doğma dayısını qətlə yetirərək, şəhərin hakimiyyətini öz əlinə alan Fermonu tanıyırdı. Bir də sözsüz ki, Makiavelli öz dövrünün siyasi simasızlığını və bu simasızlığın məşəqqətini həyatının sonlarına yaxın öz çiyinlərində tam ağırlığı ilə hiss etdi: onun doğma Florensiyası öz azadlığını vətənin azadlığına qurban vermiş “qocaman” Nikola Makiavelliyə, müasir terminlə ifadə etsək, “siyasi dissident”ə əvvəlki vəzifəsini də çox gördü. Makiavellinin həbsxanadan və 15 illik təcriddən sonra yenidən aktiv siyasətə qayıtmaq cəhdi uğursuz oldu. O, elə birinci seçkidəcə ağır məğlubiyyətə uğradı. Vaxtilə gənc respublika üçün əlindən gələni etmiş bu adamı artıq hamı unutmuşdu. Bütün bunlar makiavellizmi doğurur və istənilən dövrdə Qərbdə də, Şərqdə də həmişə özünü doğruldub. Çünki makiavellizm əslində siyasi təlim deyil, bu təlim insan xarakteri və insan mübarizəsi haqqındadır. Sadaladıqlarımız isə insan xəbisliyinin və kütlə vəfasızlığının ən gözəl nümunələri idilər.
İlham Tumas
[email protected]

912