Almaniya Federal Məclisində 3 türk
28 sentyabr 2009 11:30 (UTC +04:00)

Almaniya Federal Məclisində 3 türk

Sentyabrın 27-də Almaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, müxtəlif partiyalardan namizədliyi irəli sürülmüş 3 türk əsilli deputatlığa namizəd Federal Məclisə düşüb.
Azad Demokrat Partiyasının namizədi olan Serkan Tören bu partiyanın türk əsilli ilk deputatıdır.
Ekin Deligöz Yaşıllar Partiyasının Bavariya əyalətindən namizədi olub və seçkini udub. O, 4-cü dəfə millət vəkili adını qazanıb.
Sol Partiyanın Şimali Ren Vestfalya bölgəsindən namizədi olan Sevim Dağdelen isə ikinci dəfə deputat adını qazanmağın sevincini yaşayıb.
# 686

Oxşar yazılar