İran Türkiyədən 18.5 milyard dollar istəyir
İranın sabiq xarici işlər naziri BVF direktorundan kömək istəyib
İranlı bir iş adamının Türkiyəyə göndərdiyi və gömrükdə yoxa çıxdığı iddia olunan 18.5 milyard dollar məsələsi yenidən ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, İranın sabiq xarici işlər naziri İbrahim Yezdi, İran Müstəqillik Hərəkatının lideri Ahmed Sadr Hac Cevadi, Milli Dinçi Partiyanın baş katibi İzzetullah Sahabi 2 gün əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Dominique Strauss-Kahna məktub göndəriblər.
Məktubda iranlı iş adamı İsmail Seferyanın yük maşınlarıyla Türkiyəyə göndərdiyi 18.5 milyard dolların İran xalqına aid olduğu iddia edilir və pulun Türkiyədən geri alınaraq İrana verilməsi istənilir.
”The Guardian” qəzeti yazır ki, məktubda İbrahim Yezdi bir müddət əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da bir məktub göndərdiklərini, ancaq hələ də ondan cavab almadıqlarını yazıb.
Məktub müəllifləri BVF direktorunun məsələ ilə bağlı araşdırma aparacağına inanırlar.
“The Guardian” qəzetində işıq üzü görən məqalədə qeyd olunur ki, bəzi iqtisadçılar bu pulun Türkiyəni BVF-dan kredit almaq problemindən azad edib və baş nazir Rəcəb Tayyib Ərdoğan 18.5 milyard dolları tanrının Türkiyəyə hədiyyəsi kimi qiymətləndirib. Türkiyə Mərkəzi Bankının sədri Durmuş Yılmaz isə bu pulun İranın olduğunu rədd edib.
Qeyd edək ki, 18.5 milyad dollarla bağlı iddia ilk dəfə bu ilin iyununda ankaralı vəkil Şenol Özel tərəfindən ortaya atılıb. O, İsmayıl Seferyanın bir yük maşınıyla Türkiyəyə 7,5 milyard dollar nəğd pul və 11 milyard dollar dəyərində 20 ton qızıl göndərdiyini iddia etmişdi. Ancaq Türkiyə və İranda cəmiyyətin diqqətini uzun müddət özünə xzrzy bu iddia elə iyun ayında həm Ankara, həm də Tehran tərəfindən təkzib olunmuşdu.

Oxşar yazılar

Əfqanıstan mediasında canlıların təsviri qadağan olundu
7 iyun 2025 , 11:03
Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı
7 iyun 2025 , 10:05
94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 , 09:25
Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar
7 iyun 2025 , 08:08
İsrail Qəzzanı VURDU: 12 ölü, 40-dan çox yaralı var
7 iyun 2025 , 06:25
Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapıldı
7 iyun 2025 , 04:52
Evdə dünyaya gətirdiyi körpəni pəncərədən atan məktəbli qız saxlanıldı
7 iyun 2025 , 03:29