Peyğəmbərin gizləndiyi mağaranın möcüzəsi
Həcc ziyarətində bu mağara mütləq ziyarət olunur
Müxtəlif ölkələrdən müqəddəs torpaqlara gələn, hacı olmaq istəyən 3 milyona yaxın şəxs həm ibadət edir, həm də müqəddəs məkanları gəzir.
Ziyarət edilən yerlər arasında Məkkə şəhərindən 5 kilometr cənubda yerləşən Sevr mağarası da var. Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət edərkən təqib olunub və hz. Əbu Bəkr ilə birgə quş və hörümçəyin qoruduğu bu mağaraya sığınıb.
Həccə gələn şəxslər 2 saat çətin yürüşdən sonra bu mağaranın olduğu yerə çatır və mağaranın olduğu yerdən görünən Kəbəyə tərəf dönərək, namaz qılıb, dua oxuyurlar.
Hər il həccə gələnlərin sayı çox olduğundan onlar mağaranın içərisinə keçməkdə çətinlik çəkirlər. Həccə gələnlər burada xatirə üçün şəkillər də çəkdirirlər.
Mağaranın önündə və arxasında dəliklər var. Bu dəliklərdən mağaraya sürünərək, ya da əyilərək girmək mümkündür. Mağaradakılar çöldə olanların ayağını görə bilirlər, ancaq çöldəkilər mağaranın içərisində olanları görə bilmirlər.
Qeyd edək ki, Məhəmməd peyğəmbəri və Əbu Bəkri təqib edən dəstə onların Sevr mağarasında gizləndiklərindən şübhələniblər. Mağaraya yaxınlaşarkən onun girişində hörümçək toru olduğunu, girişin yaxınlığındakı kolda isə iki göyərçinin yuvasının və yuvada da yumurtanın olduğunu görüblər. Buna görə də bu dəstənin üzvləri mağarada kimsənin olmadığı qənaətinə gələrək, içəriyə baxmayıblar və oradan uzaqlaşıblar.

Oxşar yazılar

Əfqanıstan mediasında canlıların təsviri qadağan olundu
7 iyun 2025 , 11:03
Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı
7 iyun 2025 , 10:05
94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 , 09:25
Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar
7 iyun 2025 , 08:08
İsrail Qəzzanı VURDU: 12 ölü, 40-dan çox yaralı var
7 iyun 2025 , 06:25
Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapıldı
7 iyun 2025 , 04:52
Evdə dünyaya gətirdiyi körpəni pəncərədən atan məktəbli qız saxlanıldı
7 iyun 2025 , 03:29