Sabah İran qarışacaq
‘Qüds günü” ilə bağlı xütbəni bu dəfə Məhəmməd Hatəminin oxuyacaq
İran İslam Respublikasının qurucusu ayətullah Xameyninin təşəbbüsüylə 25 ildir ki, Fələstinin İsrail tərəfindən işğalını qınamaq üçün keçrilən “Qüds günü” adı altında növbəti kütləvi aksiya sabah Tehranda olacaq.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə İranın “Govcamp” saytı xəbər yayıb.
Diqqət çəkən məqam isə odur ki, bu illər ərzində ‘Qüds günü” ilə bağlı keçirilən aksiyalarda ənənəvi olaraq, xütbəni Əli Əkbər Haşimi Rəfsəncani oxuyub. Ancaq dövlət televiziyası bu dəfə xütbəni mühafizəkar Məhəmməd Hatəminin oxuyacağı barədə məlumat verib.
Qeyd edək ki, son prezident seçkilərində Rəfsəncani islahatçı namizədlərə açıq dəstək verib.
Mahmud Əhmədinejatın saxta yolla seçildiyini elan edən, onun qələbəsini tanımayan islahatçı namizədlər - Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də bu aksiyaya qatılacaqlarını açıqlayıblar.
İslahatçılara yaxın internet saytları bu aksiyalarda hökumət əleyhinə şüarların səsləndirilməsi ilə bağlı çağırışlar ediblər.
Dövlət televiziyası hazırkı prezident Mahmud Əhmədinejatın da Tehrandakı aksiyaya qatılacağını və çıxış edəcəyini xəbər verib. Bu da aksiyada qarışıqlıq yaranma ehtimalını artırır.

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55