Tehran “qərb yeməkləri”ni qadağan etdi
0
0
Lent.az-ın “MIGnews”-a istinadən məlumatına görə, İranın teleradio şirkətinə xarici ölkələrin mətbəxləri, yeməkləri barədə verilişlər yayımlamaq qadağan edilib.
Ölkənin bəzi telekanalları İtaliya, Fransa və başqa dövlətlərin mətbəxləri barədə verilişlər yayırdı. Bundan sonra həmin elektron informasiya vasitələri yalnız İranın milli xörəklərinə dair verilişlər verəcək.
Onu da qeyd edək ki, pitsa, hamburqer, sosiska kimi Qərb mətbəxinin yeməkləri İranda məşhurdur. Son bir neçə ildə əsasən bu xörəkləri müştərilərə təklif edən restoranların da sayı artıb.
İran İslam Respublikası rəhbərliyi bu sayaq yeməkləri Qərb mədəniyyətindən hesab etdiyinə görə, həmin mətbəxin təbliğinə qarşı da mübarizə aparır. Amma nədənsə “Coca Cola” kimi texnologiyası bəlli olmayan içki “Nuşabə” adı ilə satılır. Görəsən, hakimiyyət bu içkini də yasaqlayacaqmı?
Cari ilin ilk 36 günü ərzində Tehran hakimiyyətinin tətbiq etdiyi yasaqları xatırlatmaq istərdik. Hicabla bağlı qaydaların sərtləşdirilməsi haqda yeni qərar qəbul edib. Ölkə universitetlərinin tələbələrinə şəffaf paltar, cins şalvar və ətək, qısaqol köynək geymək, eləcə də tatuaj etdirmək yasaqlanıb.
Yeni geyim qaydalarına əsasən, qızların başlarına kepka və şlyapa qoymaq, qoyma dırnaqdan istifadə qadağan edilib. Yeniyetmələr isə saçını yarımçıq qırxdıra, habelə "qərbsayağı" saç kəsdirə, çox qısaqol köynək geyə bilməz.
Başqa bir qərara görə, İranda qadınlarla kişilərin birgə qonaqlıqlarına, axşam məclislərinə qadağa qoyulub.
Tehran şəhər təhlükəsizlik polisinin rəisi polkovnik Əlirza Mehrabi jurnalistlərə açıqlamasında "son günlər 5 qadın-kişi qonaqlığını" dağıtdıqlarını, onlarca gənc qız və oğlanı tutduqlarını bildirib: "Qız və oğlanların birlikdə iştirak etdikləri və şəriət qaydalarına əməl edilməyən qonaqlıqları, gecə kampaniyalarının keçirilməsi qadağandır. Belə qonaqlıqların keçirildiyini görən əhali polisə zəng edib məlumat verə bilər. Bu qonaqlıqlarda alkoqollu içkilərdən, bəzən narkotik maddələrdən istifadə olunur. Ailələr öz övladlarına nəzarət etməli, ayıq-sayıq olmalıdır. Polis də bundan sonra belə qonaqlıqlara qatılan şəxslərə qarşı daha sərt tədbirlər görəcək".
Dünyada “Sevgililər günü” kimi qeyd olunan 14 fevral da İranda yasaqlar siyahısına daxildir. “İRNA”nın məlumatına əsasən, hökumətdən Mətbəə Sahibləri Birliyinə göndərilən xəbərdarlıq məktubunda həmin günlə bağlı istənilən materialın çapı yasaqlanıb. Eləcə də bu günə həsr edilmiş üzərində ürək, gül şəkilləri olan plakat, qutu, açıqca dərc etməyin və paylamağın yasaqlandığı və bu qadağanı pozanlar barəsində tədbir görüləcəyi vurğulanıb.
“Sevgililər günü” ilə bağlı indiyədək heç bir yasaq tətbiq edilməyib. Hər il fevralın 14-də sevgililər bir-birinə hədiyyələr alaraq, birlikdə şam etməklə həmin günü qeyd edirdilər.
Tehranda çıxan “Keyhan” qəzetinin yazdığına əsasən, İran küçələrində it gəzdirmək də qadağan olunub. Mənbənin məlumatına görə, küçədə itlə gəzənlərə qarşı ciddi tədbir görüləcək. İsfahan əyalət polis rəisi Həsən Kərəmi bununla bağlı xəbərdarlıq edir: “İtləri küçələrə çıxarıb gəzdirənlər cinayət törədirlər. Qadağanı pozanlar barəsində cinayət işi açılacaq”.
Xəbərə əsasən, küçələrdə meymun gəzdirmək də yasaqlanıb. İsfahan əyalət prokuroru Məhəmmədrza Həbibi isə bir qədər də irəli gedərək bildirib ki, it və başqa belə heyvanların evlərdə saxlanması yasaqdır. Hakimiyyət rəsmisi həmin heyvanların evdə səs-küy saldığını, küçələrdə isə ictimai mədəniyyətə əks olan davranışlar nümayiş etdirdiklərini söyləyib.
İt, pişik saxlamağı yasaqlayan bir hakimiyyət dünyada tanınmış braziliyalı yazıçı Paulo Koelyonun da əsərlərinin satışına və çapına yasaq qoyub. Bu haqda yazıçı öz saytında məlumat verib. Hakimiyyətin bu davranışına etiraz olaraq yazıçı bildirib ki, bundan sonra fars dilinə tərcümə edilmiş əsərlərini internet vasitəsi ilə pulsuz yayacaq: “Ümid edirəm ki, bu anlaşılmazlıq yaxın günlərdə öz həllini tapacaq. Bu işdə Braziliya hökumətinin yardımına arxalanıram. Braziliya hakimiyyətindən istəyirəm ki, bizdən ötrü önəmli olan bütün dəyərlərə görə məni və əsərlərimi dəstəkləsin”.
Yazıçı əsərlərinə qoyulan qadağanın səbəbindən xəbərsiz olduğunu, bu barədə onun əsərlərini fars dilinə tərcümə edən, hazırda mühacirətdə yaşayan Arəş Hicazidən eşitdiyini söyləyib.
Paulo Koelyo deyib ki, 2009-cu ilin məlum yay etiraz aksiyalarında öldürülən Nida Ağasultanın mühacirət etmiş nişanlısı Arəş Hicaziyə internetdəki ictimai şəbəkələrdə dəstək verib. Onun sözlərinə görə, əsərlərinə qoyulan qadağanın bununla bağlı olub-olmamasından xəbərsizdir.
Paulo Koelyo 1947-ci ildə doğulub. 1988-ci ildə çap olunan “Kimyagər” romanı ən çox oxunan əsəridir. Bu roman dünyanın 67 dilinə tərcümə edilib və 2008-ci ildə çox satıldığına görə, “Ginnesin rekordlar kitabı”na düşüb. Son 12 ildə İranda onun 6 milyon kitabı satılıb.
Sədrəddin Soltan