Atasının devrildiyi kresloya 36 il sonra əyləşən qızın film kimi həyatı - HEKAYƏT
O, İndoneziyanın ilk (və hələlik yeganə) qadın prezidenti olub.
O, “Forbes” jurnalının 2004-cü il üzrə “Dünyanın ən güclü 100 qadını” siyahısında 8-ci yeri tuturdu. Jurnalın 2008-ci il üzrə siyahısında da o, dünyanın 100 ən güclü qadını sırasında idi.
O, müsəlman dünyasında ölkəyə rəhbərlik edən (prezident və ya baş nazir) 5-ci qadın kimi adını TARİXƏ yazıb.
Meqavati, ya da İndoneziyalıların deyimiylə, “İbu Mega” (“Meqa Ana”) adlandırılan bu qadın İndoneziyanın sabiq prezidenti, tanınmış siyasi lider, müxalifətin rəhbəri Diah Permata Megavati Setiavati Sukarnoputridir (Diah Permata Megawati Setiawati Soekarnoputri).
İndoneziyanın ilk Prezidenti Sukarnonun qızı olan xanım Sukarnoputri, müstəqillikdən sonra anadan olmuş ilk İndoneziyalı liderdir. O, 1945-ci ildə İndoneziyanın müstəqilliyini elan etmiş ölkənin ilk prezidenti Əhməd Sukarnonun qızıdır. Meqavati, Prezident Sukarno ilə (onun 9 arvadından biri olan) Fatmavatinin evliliyindən dünyaya gəlib. O, Sukarnonun ikinci övladı və ilk qızı idi. Uşaqlığı paytaxt Cakartadakı “İstana Merdeka”da, yəni Prezident Sarayında keçən Meqavati 19 yaşında olarkən Sukarnonun hakimiyyəti hərbi hakimiyyətlə əvəz edildi və ailəsi siyasətdən uzaqlaşdırıldı. Sukarno siyasi və dövlət xadimi olmasına baxmayaraq, vəfat etdikdən sonra ailəsinə çox az miras qoymuşdu. Meqavati özü də həyatı boyu təvazökarlığı ilə seçilib, bu da ona yoxsulların rəhbəri imicini qazandırıb.
Meqavati, Bandunqdakı Pacacaran Universitetində kənd təsərrüfatı üzrə təhsil almağa başlasa da, atasının hakimiyyətdən getməsindən sonra universiteti tərk etməli olub. Gələcək Prezidentin keçmiş Prezident atası, 1970-ci ildə vəfat etdi. Bir qədər sonra isə Meqavati İndoneziya Universitetinə daxil oldu. Lakin o, burada cəmi iki il oxuyub (psixologiya üzrə), universiteti tərk etdi.
…İllər sonra ailə dostları Mark MakDonald mətbuat açıqlamasında “Sukarnonun uşaqlarının nə pul, nə təhsil, nə də işi var idi” deyərək, duruma aydınlıq gətirəcəkdi. Buna səbəb isə Suxarto hərbi hakimiyyəti idi.
Meqavati, inanclı müsəlman olsa da, Cavani prinsiplərinə (İndoneziyanın yerli inancı) də inanır.
Meqavati Sukarnoputrinin bir ifadə, ünvan (ad) kimi etimologiyası da maraqlıdır. Bu “Sukarnonun qızı” anlamını daşıyır və soyadı deyil, Cavalılar adətən soyaddan istifadə etmirlər. Onu sadəcə Meqavati (yaxud Meqa) kimi çağırırlar ki, bu da “buludu olan”, “yağış buludu” (meghavatī) anlamına gəlir. O anadan olan vaxt yağış yağırmış.
Kiçik bir Meqa lətifəsi
İbu Meqanın danışdığı bir lətifə, daha doğrusu lətifələrdən biri oxucularımız üçün də maraqlı olar deyə, ona burada yer verməyi uyğun bildik:
İl 1959, aylardan aprel. İndoneziya lideri Sukarno, o vaxtkı Cümhurbaşqanı Cəlal Bayarın dəvəti ilə Türkiyəyə gəlir. Gəlməzdən öncə də 12 yaşındakı qızı Meqavatidən soruşur: “Qızım nə istərsən, sənə nə gətirim Türkiyədən?” Qız da istəməyə şey tapır... Qızının istəyi ilə Sukarno, Türkiyədən Cakartaya iki dənə Van pişiyi ilə dönür. (Odur ki, bir Vanlı tanışınızın, “bizim pişiyimiz İndoneziyaya çox adamdan qabaq gedib”, yaxud “İndoneziyadakı ən yaxşı pişiklər Van pişiklərindən törəmədir” - dediyini eşitsəniz, təəcüblənməyin...)
***
Meqavatinin çətin günləri atasının devrilməsindən sonra başladı. Bir neçə dəfə siyasi səbəblərlə bağlı olaraq oxuduğu Universitetdən ayrılmaq zorunda qalan Meqavati, özəl həyatında da sıxıntılar yaşadı. İlk həyat yoldaşı olan pilot-zabit (leytenant Surendro Supcarso), atası Sukarno ilə eyni ildə (1970-ci ildə), İrian Cayada təyyarə qəzasında həlak oldu. İki il sonra Misirli diplomat Həsən Camalla evləndi, ancaq bu evlilik də çox qısa sürdü.
Meqavati, bugünkü həyat yoldaşı Tofiq Kiemas ilə 1973-cü ildə ailə qurub. Onların hazırda 3 övladı var – Məhəmməd Rizqi Pramata, Məhəmməd Prananda və Puan Maharani.
O zamanlar Meqavatinin siyasi arenada iştiraka hazır olmasını göstərən heç bir təcrübəsi yox idi. 1979-cu ildə o, 3 dostu ilə birlikdə dəbdəbəli otellərə xidmət göstərən gül dükanı açdı və ...əldə edilən gəlirləri yoxsul uşaqlara xərcləməyə başlamışdı. Baxmayaraq ki, özünün və ailəsinin bu pullara böyük ehtiyacı var idi. Çünki onlar varlı deyildilər, atası onlara var-dövlət qoymamışdı. Özü kasıb olsa da Meqavatinin qəlbi zəngin idi və o, qazandığı pulları yoxsullarla bölüb yeməyi daha üstün tuturdu. Onun evdar qadın obrazı vardı – qonum-qonşusu onu belə qəbul etmişdi. Lakin əsas adam, evin içindəki – həyat yoldaşı onun obrazını başqa cür təsəvvür edirdi. Ərinin təkidi ilə, atasının hakimiyyətdən getməsindən 20 il sonra (1987-ci ildə), o, Milliyətçi və Xristian Partiyalarının qarışığı olan İndoneziya Demokratik Partiyasına (İDP) qoşularaq, parlamentə üzv seçildi. Prosesləri fitilləyən olay isə 1986-cı ildə Suxarto hakimiyyətinin Sukarnonu tanıması olmuşdu. İDP bu tanıma faktından sonra ictimai fikri, sosial tələbatı göz önündə tutaraq, 1987-ci il seçkilərində Sukarnoyönümlü kampaniya başlatmışdı. Meqavatinin ərinin təsiri ilə siyasətə atılması, İDP-yə qoşulması və Nümayəndələr Palatasına namizədliyinin irəli sürülməsi, bax, bu zəmində gerçəkləşmişdi. İDP Meqavatini partiyaya qəbul etməklə öz imicini yüksəltmişdi. Meqavatinin böyük natiqlik bacarığının olmamasına baxmayaraq, respublikanın qurucusunun qızı olması onu tezliklə məşhurlaşdırdı. Nəhayət, seçkilərin rəsmi nəticələri açıqlandı: İDP sonuncu yeri tutsa da, Meqavati Nümayəndələr Palatasına seçildi. ...Tilsim sınmışdı.
Demokratik Partiyanın mübariz katibi
Meqavati növbəti seçkilərdə Nümayəndələr Palatasına seçilə bilməsə də İDP-nin üzvü kimi siyasi fəaliyyətini davam etdirdi. 1993-cü ilin dekabrında İDP Milli Konqres keçirdi, ancaq həmişə olduğu kimi hökumət müxalifətin itaətkarlığını təmin etmək üçün Konqresin işinə mane olmağa çalışırdı. Konqresin işə başlama vaxtı yaxınlaşdıqca katibliyə namizədlərin adları açıqlandı. Onlardan biri son zamanlar hökumətə qarşı çıxan əvvəlki katib Suryadi, ikincisi isə hökumətin yaxın dostu olan və hökumət tərəfindən dəstəklənən Budi Harcono idi. Üçüncüsü isə Meqavati idi. Bu ortamda Meqavatinin namizədliyi o qədər dəstək qazanmışdı ki, onun seçilməsi sadəcə bir formallıq idi.
Meqavati, siyasətə 40 yaşında gəldi. O dönəm Suxarto rejiminə qarşı çıxan müxaliflər, Sukarnonu bir simvol olaraq istifadə etmək istəyirdilər. Bunun ən yaxşı yolu da qızını yanlarına çəkməkdi. Meqavati, yaxşı bir siyasətçidə olması gərəkən bir çox özəlliyə sahib olmasa da, Anadolulular demiş, “babasının qızı”ydı və gedərək siyasəti öyrənməyə başladı. Siyasəti öyrəndikcə yüksəldi və İndoneziya Demokratik Partiyasının (PDI - Partai Demokrasi İndonesia) başqanlığına seçildi.
Bunu hiss edən hökumət Meqavatinin seçilməməsi üçün manevrlər etməyə başladı. Konqres işinə başladıqda hökumət katiblik seçkilərini ləngitməyə çalışırdı. Bununla yanaşı, hökumət Konqresin toplaşma vaxtının sonuna qədər katibini seçməyəcəyi təqdirdə onun vaxtının uzadılmayacağını bildirdi. Konqresin sonuna bir neçə saat qalmış, Konqres binasının ətrafına qoşunlar toplaşmağa başladı. Konqresin sonuna 2 saat qalmış Meqavati mətbuat konfransı çağırdı. Mətbuat konfransında o, çoxluğun dəstəyini qazandığı üçün partiyanın de-fakto katibi olduğunu açıqladı. Siyasi təcrübəsinin az olmasına baxmayaraq, o korrupsiyadan uzaqlığına, Sukarnonun qızı olduğuna və insani keyfiyyətlərinə görə rəğbət qazanmışdı. Onun başçılığı altında İDP şəhərdəki kasıb əhalinin, şəhər və kənddə yaşayan orta sinfin dəstəyini qazandı.
***
Hökumət Meqavatinin seçilməsinin qarşısını ala bilmədiyi üçün qəzəblənmişdi. 1994-cü ildə İDP tərəfindən Meqavatinin katibliyi ratifikasiya olunsa da, hökumət onu heç vaxt qəbul etmədi. 1996-cı ildə hökumət Medan şəhərində Xüsusi Milli Konqres çağırdı. Bu Konqresə Meqavatinin əleyhdarları toplaşaraq, Suryadini yenidən İDP-yə katib seçdilər. Təbii ki, Meqavati cəbhəsi də, öz sırasında, hökumət tərəfindən çağırılmış Konqresi tanımadı və İDP iki düşərgəyə – Meqavati tərəfdarlarına və əleyhdarlarına bölündülər.
Ardından Suryadinin İDP-nin Cakartadakı baş qərərgahını tutacağı barədə hədələr başladı. Bu təhlükə 1996-cı il iyulun 27-də gerçəkliyə çevrildi. Suryadi tərəfdarları qərargaha hücum etdi və Medandakı konqresdən bəri orda qərarlaşmış Meqavati tərəfdarlarının haqlı müqaviməti ilə rastlaşdılar. Meqavati tərəfdarları binanı öz əllərində saxlaya bildilər. Hökumət işə qarışdı, üsyan çıxdığı və yatırıldığı elan edildi. Üsyanın fakturası Demokratik Partiyaya kəsildi. Hökumət Suryadinin katibliyini rəsmi olaraq qəbul etdi və Meqavatinin 1997-ci il seçkilərində iştirakına qadağa qoydu.
Siyasi cəhətdən məğlub olmasına baxmayaraq, Meqavati mənəvi qələbə və çoxlu tərəfdaş qazandı. 1997-ci il seçkilərində Meqavati və onun tərəfdarları hökumət tərəfindən fəaliyyətinə icazə verilən Birləşmiş İnkişaf Partiyasını dəstəklədilər. Onun populyarlığı o qədər çox idi ki, hakimiyyət onun siyasi karyerasını dayandırmaq üçün çoxlu cəhdlər etdi, amma buna nail ola bilmədi. Meqavati Sukarnoputri Suxarto diktatura rejiminin sonunun başlanmasında ən fəal rol oynadı!
İslahatlar dalğası
1997-ci ildə Tailandda başlayaraq qısa müddətdə bütün Şərqi Asiyanı saran iqtisadi böhran İndoneziyanı da bürüdü. Böhran, ölümcül bir girdab halında İndoneziyanı içinə çəkərkən yaranan sosial partlama (artıq 1998-ci ilin yanvarında yerli valyutanın (rupinin) deflyasiyaya uğraması, artmaqda olan korrupsiyaya qarşı ictimai qəzəbin kulminasiya nöqtəsinə çatması və s.) ölkəni 33 ildir dəmir bir yumruqla idarə edən Suxartonu yerindən etdi. 1998-ci ilin mayında o, prezidentlikdən istefa verdi və vitse-prezident B.J.Habibi prezident səlahiyyətlərini icra etməyə başladı.
İndoneziya seçkilərə hazırlaşmağa başladı. Ölkədə artıq yeni bir dönəm başlayırdı və bu dönəmdə islahatçı qrupun ən qüvvətli səslərindən biri Meqavati olmuşdu. Olayları diqqətlə izləyən, üzərindəki qadağalardan azad olmuş Meqavati siyasi mövqeyini möhkəmləndirməkdə idi. 1998-ci ilin oktyabrında onun tərəfdarları konqres çağıraraq, özlərini Suryadinin İDP–dən fərqləndirmək üçün Meqavatinin İDP-sini İndoneziya Demokratik Mübarizə Partiyası (İDMP) adlandırdılar. Meqavati partiyanın sədri və prezident seçkilərinə namizəd oldu.
Meqavatinin İDMP–si Abdurahman Vahidin Milli Oyanış Partiyası və Amien Rainin Milli Mandat Partiyası ilə birləşərək, islahat hərəkatının aparıcı qüvvəsinə çevrildi. Ancaq geniş dəstək qazanmalarına baxmayaraq onlar hakimiyyətə keçmək üçün daha uyğun vaxtı – 1999-cu ilin seçkilərini gözlədilər.
1999-cu il seçkiləri yaxınlaşdıqca hamı ümid edirdi ki, Meqavati, Vahid və Amien prezident Habibiyə qarşı siyasi koalisiya yaradacaq. 1999-cu ilin mayında İndoneziyanın siyasi və dini xadimi Alvi Şihab hər üç nümayəndəni evində təşkil etdiyi mətbuat konfransına dəvət etdi. Ancaq son anda Amienə etibar edə bilməyəcəyini deyən Meqavati konfransa qatılmaqdan imtina etdi.
Parlament seçkiləri 1999-cu ilin iyun ayında keçirildi və Meqavatinin partiyası səslərin yüzdə 33%-ni alaraq sandıqdan zəfərlə çıxdı. 1999-cu ilin oktyabrında gerçəkləşdirilən dövlət başçısı seçimlərində isə, Meqavatiyə qarşı olan qrup (Birləşmiş İnkişaf Partiyası və başqaları), “söz qurtarandan sonrakı söz”lə – “İndoneziyanın qadın dövlət başçısı istəmədiyi” kimi bir şüarla kampaniya apardı. Təəssüf ki, bu cür kampaniyalar müəyyən qədər də olsa rol oynadı və Meqavatinin prezident olması üçün onun tərəfdarlarına cəmi bir neçə səs çatmadı. Nəticədə dövlət başçısı postunu Abdurrahman Vahid qazandı, Meqavati isə vitse-prezident oldu.
Meqavatinin vitse-prezidentliyi
Vitse-prezident kimi Meqavatinin parlamentdə hakimiyyəti güclü idi. 2000-ci ilin avqustunda Konqresin illik sessiyasına kimi artıq çoxları Vahidin həm prezident, həm də administrator kimi təsirli olmadığını düşünürdü. Vahid, buna cavab olaraq, Meqavatiyə hökumətə gündəlik nəzarət səlahiyyəti verdi. Vitse-prezidentliyi dövründə Meqavati Sukarnoputrinin populyarlığı daha da artdı. O, korrupsiya və işsizliyə qarşı proqram həyata keçirməyə başladı, tələbələrin və işçilərin vəziyyətlərinin yaxşılaşdırılması ilə ciddi məşğul oldu, ölkədəki sosial problemlərin həlli istiqamətində ciddi addımlar atdı. Bu arada, 2000-ci ildə ilk İDMP Milli Konqresi Mərkəzi Cavada, Semaranqda keçirildi və Meqavati ikinci dəfə partiyanın sədri seçildi.
Vahidlə “qeyri-vahid” münasibətlər və prezidentliyə yüksəliş
Meqavatinin Vahidlə münasibətləri ziddiyyətli idi. 2000-ci ilin avqustunda yeni kabinet dəyişiklikləri zamanı açıqlamalar onun iştirakı olmadan həyata keçirilmişdi. Digər tərəfdən isə Vahidə qarşı siyasi təzyiqlər artdıqda Meqavati Prezidenti müdafiə etdi. 2001-ci ildə isə Meqavati özünün prezident seçilmə ehtimalının artdığını görüb, Vahiddən uzaqlaşmağa başladı. Bu barədə heç bir şərh verməsə də özünü prezidentliyə hazırlamağa başlamışdı.
Prezident qızı Prezident
2001-ci il iyulun 23-də Xalq Assambleyası toplandı. Assambleya üzvləri Vahidi səsbirliyi ilə vəzifəsindən uzaqlaşdıraraq, Meqavatini prezident seçdilər. Sukarnonun 36 il öncə tərk etməyə məcbur edildiyi kresloya artıq qızı oturacaqdı. Xarici müşahidəçilər deyirdilər: “O, İndoneziyanın ilk prezidenti olan atasından ona keçmiş bir xarakterlə İndoneziyalılara ilahi təsir gücünə malikdir”.
Meqavatinin ən böyük uğuru siyasi sabitliyi bərqərar etməsi oldu.
Meqavati Sukarnoputri hakimiyyət başına keçərkən, “korrupsiya bəlasıyla əlləşən İndoneziyada təmiz bir isim başa gəldi” - deyilirdi. Meqavatinin vəzifəyə başladığı ilk dövr son dərəcə diqqətəlayiq addımlarla yadda qalıb. Beynəlxalq çevrələr İndoneziyanın gələcəyi üçün məhz Meqavati ilə ümidlənməyə başlamışdılar.
Meqavatinin vəzifəyə gəlməsindən bir ay sonra Nyu-York və Vaşinqtonda məlum 11 sentyabr olayları yaşandı. ABŞ Prezidenti Buşu Ağ Evdə ziyarət edərək “keçmiş olsun” diləklərini yetirən ilk lider, Meqavati idi...
O, 2002-ci ildə Şərqi Timorun İndoneziyadan müstəqilliyini əldə etməsi ilə bağlı törənə qatıldığına görə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi.
Meqavatinin ölkəsi necə bir ölkədir?
İndoneziya əhali baxımından Çin, Hindistan və ABŞ-dan sonra dünyanın ən böyük dördüncü ölkəsidir. İndoneziyanın 220 milyonluq əhalisinin yüzdə doxsanı müsəlmandır. Bu da İndoneziyaya, dünyanın ən çox müsəlman əhalisinə malik olan ölkə özəlliyini qazandırır. Son bir neçə il içərisində bəzi radikal və din pərdəsi altında gizlənən təşkilatların terror hücumlarına şahid olmuşsa və daha öncə də din adı altında etnik çatışmalar yaşamışsa da İndoneziya təməldə dünyəvi bir ölkədir.
208 milyard dollarlıq iqtisadiyyatı ilə Cənub-Şərqi Asyanın ən böyük iqtisadiyyatına sahib olan İndoneziya zəngin təbii qaynaqlara və böyük bir insan gücünə sahibdir. Bölgədəki bütün ölkələr böyüyən iqtisadiyyatları üçün neft idxal edib yüksələn qiymətləri həyəcanla izlərkən, İndoneziya bölgənin tək neft ixracatçısıdır.
İndoneziyanın coğrafi mövqeyi də çox əlverişlidir. Avropa ilə Şərqi Asya arasındakı dəniz ticarəti bütünlüklə İndoneziyanın boğazlarından keçir. Bu baxımdan İndoneziya, dünya ticarətində ciddi rola sahibdir. Turizm deyildiyində də İndoneziya, böyük bir potensiala sahib ölkə olaraq göz önünə gəlir. Sadəcə Bali adası deyil, təqribən 17.000 adadan təşkil olunmuş ölkənin digər bir çox bölgələri də dünyanın dörd yanından turist çəkməkdədir.
Bir Türkiyəli jurnalistin İndoneziya səyahətindən sonra yazdığı, diqqətimi cəlb edən məqalədən iki cümləni Sizinlə paylaşıram: “Bu ölkəni daha yaxından izləməliyik, çünki on il sonra İndoneziya çox fərqli bir mövqedə olacaq. Uyuyan div oyanacaq”.
2004-cü ildə Meqavati yenidən seçkilərə qatıldı. Lakin ikinci turda Susilo Bambanq Yudhoyonoya məğlub oldu. Ölkədə geniş yayılmış işsizliyə qarşı mübarizədə insanların gözlədiyi nəticələrə nail olunmaması, iqtisadi problemlər və silahlı qruplaşmalardan gələn təhlükələr onun İndoneziya ictimaiyyəti arasında reytinqinin azalmasına səbəb olmuşdu. Əhalisi və yoxsullarının sayı çox, iqtisadi problemləri geniş olan İndoneziya əhalisi ondan daha çox şey gözləyirdi. Onların hamısını isə cəmi bir neçə il içərisində yerinə yetirmək çox çətin idi. Baxmayaraq ki, qısa vaxt ərzində o ölkənin problemlərinin həlli, iqtisadi inkişafı istiqamətində, beynəlxalq aləmdə nüfuzu və rolunun artması istiqamətində çox işlər görmüşdü, seçkidə məğlub olan zaman indoneziyalılardan incimədi, əksinə, üzr istəyərək bir İLKə imza atdı.
Bu möhtəşəm ölkə, gəlinən nöqtənin çox daha artığını bacara bilərdi. Bacarılmadımı?! Korrupsiyanın üzərinə gedildi, amma bu mövzuda hakimiyyətlə xalqın əl birliyi, ürək birliyi tam təmin olunmayınca, edilənlər zamanında kök atmadı, üzdə qaldı və bir çox hallarda təkrar səpinə ehtiyac yarandı! İndoneziya demokratiyası hələ yeniyetmə yaşındadır və yeni-yeni inkişaf etməyə başlayır...
Onun bəlkə də ən çox alqış alan hərəkəti, 2004-cü ildə seçkiləri uduzduqdan sonra bu ifadələri dilə gətirməsi oldu: “Tamamlaya bilmədiyimiz işlərin olduğunu və düzəltməmiz gərəkən zəifliklərimizin mövcudluğunu inkar edə bilmərəm. Bütün bu zəifliklər və bitirə bilmədiyimiz işlər üçün ən içdən üzrxahlığımı qəbul etməyinizi rica edirəm”.
Bacara bilmədikləri üçün xalqından üzr diləyən bir lider! Baxmayaraq ki, “İbu Mega” (“Meqa Ana”) adını vəzifədə olarkən qazanmışdı, ancaq elə bil indicə, dövlətin məsuliyyəti yükündən təsirlənmiş siyasətçi qəlbi getmiş, yerinə şəfqətli ana qəlbi gəlmişdi!
Amma o, yenə də ölkəsi, onun inkişafı üçün yorulmadan çalışmaqda davam edir. 2006-cı ildə Childrens Hunger Fund tərəfindən Uşaqların Çempionu mükafatı (the Childrens Champion Award) layiq görülüb.
2009-cu il seçkilərində prezident Susilo Bambang Yudhoyonoya yenidən məğlub olmasına baxmayaraq, müxalifətin lideri kimi Meqavati Sukarnoputri İndoneziyada demokratiyanın inkişafı, korrupsiyaya qarşı daha aktiv mübarizə, ölkənin iqtisadi-sosial problemlərinin həlli, terrorizmə qarşı mübarizə istiqamətində böyük səylə çalışmaqda və xidmət göstərməkdə davam edir. Onun ən böyük xidmətlərindən biri isə əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi İndoneziya cəmiyyətində ilk qadın prezident olaraq qadınların liderliyinə, ölkədə rəhbər postları tutmasına qarşı etimad mühitini yaratmasıdır!
O, bir cığır açıb… Bu yolla gedəcək İndoneziyalı qızları və qadınları indi ən azı bir zamanlar ona qarşı yürüdülən “İndoneziya qadın prezident istəmir” kimi qara piar kampaniyaları gözləmir. Çünki o, prezident kimi fəaliyyətində bir qadının heç də bir kişidən pis prezident olmadığını indoneziyalılara sübut etməklə, bu cür çirkin kampaniyaların gələcəkdə də qadınların qarşısına bir əngəl kimi çıxması ehtimalını tamamilə azaltdı. Adını İndoneziya və dünya tarixinə yazmış Meqavati Sukarnoputri isə dayanmaq niyyətində deyil. O, hələ görəcəyi çox işlərin olduğunu deyir…

814