Seksual casus gözəl yeni il axşamı rusları əyləndirəcək
Bu ilin yayında ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunaraq saxlanılan və Vaşinqtonla Moskva arasında casus mübadiləsindən sonra azadlığa çıxan Anna Çapmandan təzə xəbər var. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Anna Çapman Rusiyanın “Birinci Kanal”ında efirə çıxan “Olivye-şou”nun yeni il çəkilişlərində iştirak etməyi qəbul edib.
“Birinci Kanal”ın mətbuat xidməti məlumatı təsdiqləyib. Şou yeni il axşamı efirə çıxacaq.
“RİA Novosti”nin məlumatına görə, Anna Çapman “Baharın on yeddi anı” filminə çəkilmiş parodiyada “Bolşoya raznitsa” şousunun aktyorları ilə birlikdə çəkilib.
Qeyd edək ki, dekabrın 22-də Anna Çapman Rusiyanın Gənc Qvardiyası Gənclər Təşkilatının İctimai Şurasının üzvü seçilib və bununla da siyasətdə ilk addımını atıb.
Xatırladaq ki, oktyabrın 18-də Rusiya prezidenti Dmitri Medvedev ABŞ-dan qovulmuş rus casuslarını ali dövlət mükafatı ilə təltif edib və təntənəli mükafatlandırma mərasiminin Kremldə keçirilib. Mükafatlandırılanlar arasında seksuallığı ilə diqqət çəkən Anna Çapman da olub.
Anna Çapman elə həmin gün, oktyabrın 18-də tanınmış kişi jurnalı “Maksim”in rus versiyasının üz qabığı üçün də şəkillərini çəkdirib. Alt paltarda poza verən Anna Çapman jurnala açıqlamasında casusluq fəaliyyəti və eşq həyatından danışıb.

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44