Uçmağı bacarmayan nadir ağcaqanadın yaşadığı məkan tapıldı - FOTO
08 dekabr 2010 21:40 (UTC +04:00)

Uçmağı bacarmayan nadir ağcaqanadın yaşadığı məkan tapıldı - FOTO

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, alimlər ilk dəfə 1933-cü ildə, daha sonra 1948-ci ildə rast gəlinən sar tüklü, dünyanın ən nadir və qeyri-adi görünüşünə malik ağcaqanadının Keniyada Ukazi vadisində yaşadığını üzə çıxarıblar.

Qeyd edək ki, 1933-cü ildən sonra alimlər bu ağcaqanadın yaşadığı əsas məskəni tapmağa cəhd göstərsələr də, uğursuzluqla üzləşiblər. 1 santimetr uzunluqda olan “Mormotomyia Hirsuta” növündən olan ağcaqanad tüklü ayaqları ilə hörümçəyə bənzəyir və Ukazi vadisində yarasaların olduğu qaya yarıqlarında yaşayır. Bu ağcaqanadlar uça bilmir və yarasaların qanını sormaqla yaşayırlar. Ağcaqanadların miniatür kəməri xatırladan qanadları və kiçik gözləri var.

Nayrobidəki Beynəlxalq Böcək Fiziologiyası və Ekologiyası Mərkəzinin professoru Robert Copeland deyib ki, uçmağı bacarmayan bu ağcaqanadların uzun ayaqları ilə yarasalara sarılaraq bir yerdən başqa yerə getdiklərini güman edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902

Oxşar yazılar