İrana qarşı təhlükəli virus hücumu
İran təhlükəli və mürəkkəb kompüter virusu hücumuna məruz qalıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, virus proqramı o qədər mürəkkəbdir ki, bu hücumun qarşısını almaq üçün dövlət bütün gücünü səfərbər etməlidir.
“Stuxnet” virusu virtual yox, real obyektlərə yönəlib. Bu sırada elektrik stansiyaları, su anbarları və sənaye obyektləri var. Bu virus ilk dəfə bu ilin iyununda Belarusda bir firmanın kompüterlərinə aşkarlanıb. İndiyə qədər dünyanın müxtəlif ölkələrində 45 min şəbəkəyə yoluxub.
“Symantec” firmasının mütəxəssisi Layam OMurçu deyib ki, bu virus İran üçün daha təhlükəlidir: “Virus məhz İrana yönəldilib. İranda heç kimin belə virus proqramı hazırlamaq üçün marağı yoxdur. “Stuxnet” virusunun hücumuna məruz qalmış kompüterlərin 60 faizi hazırda məhz İrandadır. Növbəti yerlərdə Hindistan və İndoneziya gəlir”.
Belə ehtimal olunur ki, bu təhlükəli virus Buşəhr Atom Elektrik Stansiyasını sıradan çıxarmaq üçün hazırlanıb. Stansiya bu ilin avqustunda fəaliyyətə başlayıb. Ancaq Lyam Omurçu və digər ekspertlər hələ yetərli dəlil olmadığı üçün birmənalı nəticə çıxarmağın da tez olduğu qənaətindədirlər.
“Stuxnet” virusu virusların əksəriyyətindən fərqli olaraq internetə qoşulmamış kompüterlərə yoluxur. Virus fayl köçürmək üçün istifadə olunan USB açarları vasitəsilə yayılır. Daxili şəbəkədə bir kompüterə yoluxan virus sürətlə digər kompüterlərə yayılır. Virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını axtarır. Əgər bu konfiqurasiyanı tapmırsa, zərərsiz qalır. Yox, virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını tapırsa, bunu nəzarət altına alır və sənaye avadanlıqlarının idarəetməsini əlinə keçirir.
Beləliklə, virus mühərrikləri söndürə, obyektlə temperaturu müşahidə edə və soyuducunu tənzimləyə, sonda avadanlıqlara ümumilikdə obyektin məhv edilməsi tapşırığını verə bilər. “Stuxnet” digər viruslardan fərqli olaraq antivirus proqramlarından yayınmaq xüsusiyyətinə və müxtəlif metodlarla müdafiə olunan şəbəkələrə sızmaq qabiliyyətinə malikdir.

721