Amerika: dünyanın o biri üzü – REPORTAJ
Amerika Birləşmiş Ştatları... Təsəvvürlərimdə canlandırdığım bu ölkədə olmaq, nəhayət, mənə də qismət oldu. Amma təsəvvürlərimlə Amerika gerçəklikləri heç də üst-üstə düşmədi... Mən Amerikanın "fantastik" deyə biləcəyim qədərində inkişaf etdiyini, vətəndaşların sözün həqiqi mənasında hərtərəfli təmin olunmuş şəraitdə yaşadığını düşünmürdüm...
Amerikada Azərbaycanı tanımırlar
Nyu-Yorkda qalacağımız oteldə qeydiyyatdan keçərkən, əvvəlcə haradan gəldiyimizi soruşdular. "Azərbaycandanıq" deyəndə, "reseption"dakı xanımlar söhbətin haradan getdiyini kəsdirmədilər. Nə qədər əlləşdiksə, xeyri olmadı - tanımadılar. "Baku, Kaspi, oil..." kimi köməkçi variantlara da əl atdıq. Yenə tanımadılar. Tərcüməçimizdən xahiş etdim ki, Cənubi Qafqazın lider ölkəsindən, zəngin mədəni irsimizdən, dünyanın fövqündə dayanan meyxana yarışmalarından, səmadan qəfil qopub yerə düşmüş ulduzlardan… bir-iki kəlmə bəhs etsin ki, bəlkə xanımlarda məmləkətimiz barədə təsəvvür yarada bildik. Amma tərcüməçimiz əlavə izahata ehtiyac görmədi. Odur ki, dərinə getmədik....
Pasportumuzu təqdim etdik. Bir xeyli vərəqləsələr də, haradan gəldiyimizi ayırd edə bilmədilər. Qərəz, bizi YERİYƏN NAMƏLUM OBYEKT qismində qəbul edib, sənədlərimizi qeydiyyatdan keçirdilər. Beləcə, nəinki üçüncü, Allah bilir neçənci dünya ölkəsinin vətəndaşları kimi öz otağımıza qalxıb, bir balaca istirahət etdik - səhər bizi dünyanın paytaxtı - Nyu-Yorkla tanışlıq gözləyirdi.
Hə, onu da deyim ki, bizi tanımadıqlarına görə əvvəl-əvvəl özümüzü qınasaq da, sonradan amerikalıları qınadıq. Hətta özümüzdə cəsarət tapıb ittiham xarakterli “bəyanatlar” da verirdik: Azərbaycanda orta məktəb şagirdinin belə dünyada Burkina-Faso adlı ölkənin varlığından xəbəri var. Amma sizin tarixdən və coğrafiyadan xəbəriniz yoxdur. Elə ona görə də Azərbaycanı tanımırsınız və deməli problemi bizdə yox, özünüzdə axtarmalısınız…
Ümumiyyətlə, Amerika vətəndaşı özünü əlavə bilgilərlə yükləmir. Peşəsinə və ixtisasına görə nəyi bilməlidirsə, onu da dərindən öyrənir.
Nyu-Yorkda maşınların siqnal verməsi tərbiyəsizlik sayılır
9 saatlıq fərq yuxumuzu ərşə çəkmişdi. Otaqdakı saat gecə saat 1-i göstərirdi. Amma biz işə getməyə hazır vəziyyətdəydik. Bakıda səhər saat 10 idi, ona görə... Beləcə düz üç gün gecələr gəzdik. Səhərlər isə ayaq üstə də mürgüləyirdik...
Nyu-Yorkda ilk diqqətimi çəkən maşınların siqnal verməməsi oldu. Sonra öyrəndim ki, Amerikada siqnal vermək az qala tərbiyəsizlik hesab olunur. Elə həmin andaca 3-cü mikrorayon dairəsi gözümün önünə gəldi...
Nyu-Yorkda tıxaca da rast gəlmədik. Maşınların sayı xeyli çox olsa da, hərəkət dayanmırdı. Hamı qaydalara əməl etdiyindən, nə siqnala ehtiyac yaranır, nə də sürücülər bir-birilə süpürləşir. Ümumiyyətlə, Amerika vətəndaşları qanunlara maksimum tabe olur, hamı qaydalar çərçivəsində hərəkət etməyə çalışır. Məsələn, piyadanın başına güllə dirəsən də, elektron tabloda "dayan" işarəsi yandığı halda yolun bir tərəfindən digərinə keçməz. "Basməmmədi" davranış qaydalarını Amerika vətəndaşı qəbul etmir.
Nyu-York boyda şəhərdə tıxac yaranmamasının ən başlıca səbəblərindən biri şəhər sakinlərinin avtomobildən ancaq zərurət yarandıqda istifadə etməsidir. Əgər işə və yaxud bir başqa ünvana şəhərdaxili avtobus, metro ilə daha rahat və tez çatmaq mümkündürsə, amerikalı benzinin və "parkovka" üçün tələb olunan pulun "başından keçib" sükan arxasına oturmaz. Benzinin qiymətinə gəldikdə, bu, Azərbaycandakı qiymətlərdən o qədər də fərqlənmir. Amerikada benzinin bir litri 70-80 sentdir – təxminən 60 qəpik. Amma bu ölkədə ən az gəliri olan adam ayda 4-5 min dollar qazana bilir. Deməli, amerikalılar üçün benzin, necə deyərlər, "su qiymətinədir"...
ABŞ-da "Bakı" restoranı
Ümumiyyətlə, ABŞ-dakı qiymətlər yalnız gəlmələr üçün "vahiməli" görünə bilər. Yerli camaat isə məsələn, adi restoranda bir nəfərlik yemək üçün tələb olunan 20-25 dolları məmnuniyyətlə, ödəyir. Restorandan söz düşmüşkən, Nyu-Yorkda bizə doğma olan restoran adlarına da rast gəldik. "Bakı", "Abşeron" kimi adı olan restoranların yanından sadəcə ötüb keçmək istəmədik. Əvvəlcə "Bakı" restoranına baş vurduq. İçəridəki masalar "mürgü vururdu". Müştəri sarıdan ciddi korluq çəkən bu restoranın ofisiantları ilə ayaqüstü söhbətdən aydın oldu ki, obyektin sahibi Bakıda doğulmuş yəhudidir. Restoranda müştəri olmamasının səbəbini isə soruşmadıq. Azərbaycanı tanımayan amerikalının "Bakı" restoranında nə azarı var axı...
"Abşeron" restoranında da eyni vəziyyət hökm sürürdü. Ofisiantlardan başqa heç kəs yox idi. Maraqlıdır ki, bu restoranın da sahibinin Bakı yəhudisi olduğunu dedilər...
"Siqaretin tərkibini yoxlatmısınızmı?"
Amerikada ictimai yerdə kiminsə siqaret çəkdiyini görməzsən. Bunun üçün ayrılmış xüsusi yerlər var və kimliyindən, harada olmağından asılı olmayaraq hamı öz "qəm zurnası"nı həmin yerlərdə tüstülədir. Əgər sən restoranda oturub siqaret çəkərsənsə, onu həmən əlindən alıb "gözünə soxa" bilərlər... Üstəlik də filan qədər cərimə.
Siqaretin qiyməti də Amerikada bahadır - 10-15 dollar. Qiymətlərin baha olması qəpiyinin qədrini bilən amerikalını tüstüdən uzaqlaşdırır. Amma bir məsələ də var ki, oradakı siqaretlər TÜTÜNDƏN hazırlanır - bizdəki kimi "saman çöpündən" yox... Amerikalılara deyəndə ki, biz tərəflərdə ən bahalı siqaret 2-3 dollardır, amma camaat əsasən 80 sentlik, 1 dollarlıq siqaret çəkir, inanmırdılar. Tütün istehsalının mürəkkəb proses olduğunu, bu sahədə çalışanlara zərərli iş olduğundan yüksək maaş verildiyini və nəticədə siqaretin hazırlanmasının baha başa gəldiyini əsas gətirən amerikalılar bizdən, "Siz heç çəkdiyiniz siqaretin tərkibini yoxlatdırmısınızmı" deyə soruşanda, gözümüzü döyürdük... Ağır sualıdır!
ABŞ-da kitabın da qiyməti olduqca bahadır - hər halda bizim cibimizə görə. Məsələn, adi "250 qramlıq" kitaba oxşayan bir şeyin qiyməti 15-20 dollardır. Sanballı bir əsər oxumaq istəsən bunun üçün təxminən 60-70 dollar ödəməlisən.
Çin malları ABŞ-da da "at oynadır"
Nyu-Yorkdakı paltar mağazalarına da baş çəkdik. Hansı mağazaya girdiksə satılan malların demək olar ki, hamısının "etiket"ində tanış sözlər gördük: "Made in Cnina". Ayaqqabı, palto, şalvar, gödəkçələr, uşaq geyimləri, kostyumlar, oyuncaqlar.... Bir sözlə, Çin məhsulları Amerikada da "at oynadır". Nə qədər qəribə olsa da, Amerikada satılan cins şalvarlar da Çində istehsal olunur. Mağazaların birində isə gördüklərimiz bizi xeyli təəccübləndirdi. Çin turistləri Çində istehsal olunmuş cins şalvarları və digər geyim əşyalarını Nyu-York mağazalarından alırdılar... "Monqolustan turistləri monqol dublyonkalarını buradan niyə alır" sualı ilə Amerikada yaşayan tərcüməçimizə müraciət etdikdə məlum oldu ki, son illər Çində xeyli Amerika şirkəti yaranıb və onların çoxu tekstil sahəsində fəaliyyət göstərir. Bu şirkətlər bilavasitə Amerika üçün nəzərdə tutulan məhsullar istehsal edirlər. Özü də kifayət qədər yüksək keyfiyyətdə. Sadəcə "etiketlərdə" məhsulun harada istehsal olunduğu göstərilir.
Gülərüz polislər
Nyu-York küçələrində gəzişərkən polislərin hər yoldan keçənlə şəkil çəkdirməsi də diqqətimizdən yayınmadı. Kimin könlündən keçirdisə, polislərə yaxınlaşıb şəkil çəkirmək istədiyini deyir, onlar da bu təşəbbüsü gülərüzlə qarşılayıb, fotoaparatın qarşısında dayanırdılar. Odur ki, biz də fürsəti fövtə verməyib Amerika polislərinə şəkil çəkirmək istədiyimiz bildirdik. Tərs kimi onlar da haradan gəldiyimizi soruşdular. Bu dəfə də "Kaspi"dən başlayıb, "petrolda", "Əsrin müqaviləsi"ndə qurtardıq. SSRİ-nin tərkibində olub, sonradan müstəqillik qazanan ölkə olduğumuzu dedikdə polislərin üzü güldü. Qanacaqlı polisləri idi - "Welkome to Nyu-York" deyib bizimlə şəkil çəkdirməyə razılıq verdilər.
Nəğd pul amerikalıda şübhə doğurur
Amerikada gəlmələri tez müəyyən edirlər. Kiminsə geyim tərzindən, saç düzümündən, yaxud yerişindən yox... Bunun olduqca sadə bir yolu var. Kim ki alış-veriş zamanı nəğd pul ödəyir, deməli bu adam qonaqdır. Məsələ burasındadır ki, Amerikada heç kəs cibində nəğd pul saxlamır. Hamının bank kartı var və bütün ödənişlər kart vasitəsilə aparılır. Adi ərzaq mağazasında 200 qram kolbasa alan amerikalı satıcıya öz kartını təqdim edir və o da xüsusi cihaz vasitəsilə 200 qram kolbasaya görə tələb olunan vəsaiti mağazanın hesabına köçürür. Beləcə, kiminsə əlinə nəğd pul dəymir... Üstəlik, əgər ABŞ vətəndaşı, məsələn, maşın alarkən nəğd pul təklif edərsə, bu halda ondan şübhələnər və pulu necə əldə etməsilə maraqlanarlar. Məsələ burasıdır ki, amerikalıların qəbul etdiyi qaydaya görə, vətəndaşın pulu yalnız onun bank hesabında ola bilər. Kimsə əlində 10-20 min dollar gətirib, nəsə almaq istəyərsə bu, həmin vəsaitin haradansa çırpışdırıldığına dair şübhələrin yaranmasında əsas rolu oynaya bilər. Özü də Amerikada hamı "işverənliklə" məşğuldur. Yəni şəxsən kiməsə dəxli oldu-olmadı, balaca bir "çp" müşahidə etsələr, mütləq polisə zəng vurub bu barədə xəbər verəcəklər... Əgər amerikalı xəbər tutsa ki, onun qonşusu vergidən yayınır, o saat bir kampaniya təşkil edər, digər qonşuları ona qarşı qaldırar. Amerikada vergidən yayınanları telekanallar QARA DAİRƏdə göstərirlər…
Amerikalının “işverənliyini” biz də təcrübəmizdə yaşadıq... Kiçik bir yanlışlığımız baha başa gələcəkdi. Az qaldı ki, bizimlə bağlı "911"ə zəng vurulsun. Bu isə cəmi 5 dəqiqədən sonra polis bölməsinə aparılmaq deməkdir. Oteldə səhvən başqa bir qapını açmağa cəhd etdiyimizə görə otaqdakı qara dərili – Obamanın “əmisi oğlu” aşağıdakı mühafizəçilərə xəbər vermişdi ki, ŞÜBHƏLİ ŞƏXSLƏR ONUN OTAĞINA GİRMƏYƏ ÇALIŞIR… Bir də baxdıq ki, “şkaf” gədələr başımızın üstünü kəsdirib. Uzun sorğu-sualdan və otelin digər işçilərinin müdaxiləsindən sonra bizi sərbəst buraxdılar… Aydın oldu ki, biz yuxarı mərtəbədə qalırıq və otağımız da açmağa cəhd etdiyimiz otağın üstündəkidir… Sonradan Obamanın “əmisi oğlu” ilə dostlaşdıq.
…Və sonda
Beləcə macara dolu Amerikada düz 20 gün gəzib-dolaşdıq. Atlantik Siti, Nyu-Cersi, Nyu York, Vaşinqton şəhərlərində maraqlı gəzintilərimiz oldu.
Mərkəzi ofizi Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsində və digər təşkilatlarda görüşlər də keçirdik. JMK-nın təmsilçilərinə Azərbaycanda media sahəsində baş verən yeniliklər barədə danışarkən KİV-ə Dövlət Dəstəyi Fondunun yaradıldığını da qeyd etdik. Elə bu da komitə nümayəndələrinin təəcübünə səbəb oldu. Bizi əməlli-başlı sorğu-suala tutdular. Azərbaycanda KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradıldığına inanmaq istəmirdilər… Soruşdular ki, bu fond “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə də vəsait ayırırmı? Dedik ayırır, üstəlik ötən il prezidentin bu qəzetlərə 5 min manat yardım ayırdığını da gizlətmədik. Amerikalı həmkarlarımızdan səs çıxmadı - hamısı sükuta qərq oldu…
Nicat DAĞLAR

868