1 milyon dollarlıq xəritə
14 yanvar 2010 21:30 (UTC +04:00)

1 milyon dollarlıq xəritə

ABŞ Konqresinin kitabxanasında qiyməti 1 milyon dollar olan 4 əsrlik xəritə nümayiş olunur

1602-ci ildə Çin imperatoru Vanlinin istəyilə Pekində yaşayan italyan missioner Matteo Ricsinin çəkdiyi xəritə ABŞ Konqresinin kitabxanasında nümayiş olunur.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, qısa qeydlərin də yer aldığı bu xəritədə Çin dünyanın mərkəzi kimi göstərilir.

Dünyanın ən yüksək dağ zirvəsi və ən uzun çayının Afrikada olduğu qeyd edilir. Şimali Amerika da xəritədə yer alır, bizonlar, bu materikdəki vəhşi atlar və “Ka-na-ta” adlı bir bölgədən bəhs edilir. ABŞ-ın Florida ştatı “Çiçəklər diyarı”, Avstraliya və Antarktida "Magellanica" adlandırılır.

Bu, dünyanın ikinci ən bahalı xəritəsidir. Kartoqrafiyanın “Qara Laləsi” adlandırılan bu xəritə keçən ilin noyabr ayında 1 milyon dollara satın alınıb. Xatırladaq ki, Amerika adının çəkildiyi ilk xəritə Valdseemullerə məxsus dünya xəritəsidir. Bu, dünyanın ən bahalı xəritəsidir, qiyməti 10 milyon dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03