59 illik sirr pərdəsi açılır
Türkiyədə hazırda Silahlı Qüvvələrin Baş Qərargahının tabeliyində olan Özəl Hərb Dairəsində aparılan son axtarış-əməliyyat tədbirləri bu qurum ətrafında yeni müzakirələrə yol açıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kommunizmin yayılması və SSRİ işğalına qarşı mübarizə məqsədilə qurulan yarı rəsmi gizli təşkilatlar Avropanın bir çox ölkəsində yaradılıb.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən maliyyələşdirilən bu təşkilatlara “Super NATO” adı verilib. Bu təşkilatlar içərisində ən məşhuru 1990-ı ildə İtaliyada aşkara çıxarılan “Qladio”dur.
1952-ci ildə NATO-ya qəbul olan Türkiyədə elə həmin ildə qurulan gizli ordunun adı Səfərbərlik Araşdırma Təşkilatı olur və bu qurumun rəhbərliyi Amerika Hərbi Yardım Heyətinin Ankaradakı binasında fəaliyyət göstərməyə başlayır. 1959-cu ildə MKİ və Adnan Menderes hökuməti arasında imzalanan sazişə görə, gizli ordunun ölkə daxilində səlahiyyətləri müəyyənləşdirilir. Bu gizli ordu ölkə daxilində kommunistlər ayağa qalxan zaman hərəkətə keçməli idi.
1965-ci ildə Səfərbərlik Araşdırma Təşkilatı yenidən qurulur, adı dəyişdirilərək Özəl Hərb Dairəsi adlandırılır. Rəsmi vəzifəsi kommunist işğalı, ya da kommunistlərin ölkə daxilində qiyamı zamanı hərəkətə keçmək, işğala son qoymaq, kommunistləri neytrallaşdırmaq olur. Bu mübarizə zamanı hər cür gizli fəaliyyət növü məqbul sayılır.
Bülənd Ecevit baş nazir olarkən bu qurumun varlığından təsadüfən xəbər tutur. 1974-cü ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Semih Sancar təcili ehtiyac üçün Nazirlər Kabinetinin ehtiyatından bir neçə milyon dollar ayrılmasını istəyir. Bülənd Ecevit pulun nə üçün istəndiyini soruşur və Özəl Hərb Dairəsinin adını ilk dəfə eşidir. Baş nazir onu da öyrənir ki, həmin vaxta qədər bu qurumun maliyyə xərclərini MKİ təmin edib. Baş nazirə bildirilir ki, adları gizli saxlanılan bəzi vətənsevər könüllülər bu təşkilata cəmləşib, ancaq onlar sivil cəmiyyətdə adi işləri (baqqal, qəssab və s.) ilə məşğuldurlar, lazımi anda fəaliyyətə başlayacaqlar. Onların istifadə etmələri üçün Türkiyənin bəzi yerlərində silah anbarlarının yaradıldığı da nəzərə çatdırılır.
1990-cı ildə İtaliyada aparılan israrlı təhqiqat nəticəsində “Super NATO”nun bu ölkədəki qanadı - “Qladio” deşifrə olur. Qərb ölkələri SSRİ-nin süqutundan sonra bu təşkilatları ləğv edir. Türkiyədə isə belə bir qurumun mövcudluğu rəsmən təsdiqlənmir, ancaq bu tarixdən sonra adı dəyişdirilir və Özəl Qüvvələr Komandanlığı adı altında fəaliyyətini davam etdirir.
Erol Mütercimlər yazır ki, ilk dəfə belə bir qurumun varlığını general Memduh Ünlütürkdən eşidib. Müəllifə görə, Türkiyəni çevrilişə sürükləyən və bu gün cinayətkar qruplaşma adlanan təşkilatın gerçək adı “Ergenekon”dur .
1996-cı ildə baş verən Susurluk qəzası ilə bağlı parlamentdə qurulan komissiyanın hesabatına müxalif şərhi yazan Fikri Sağlar qeyd edir ki, bu qurumun araşdırılması çətin olduğu üçün Susurluk qəzası incələnməyib. Türkiyəni 12 sentyabr çevrilişinə aparan yol da 1 mayda baş verən qanlı olayla başlayıb. Baş nazir Bülənd Ecevit o zaman prezident Korutürkə bu hadisədə gizli ordunun barmağının olmasından şübhələndiyini söyləyib.
Səfərbərlik Araşdırma Təşkilatının qurucularından olan polkovnik İsmail Tansu isə “Vətən” qəzetinə müsahibəsində bu qurumla bağlı bir çox iddianı əsaslı saymadığını dilə gətirib. 93 yaşlı İsmail Tansu 1958-ci ildə Kiprdə Türk Müqavimət Hərəkatını quran və təşkilatlanma işini həyata keçirən şəxs kimi tanınır. Yunanlar onu Kipr hərəkatının “beyni” sayırlar. O bildirib ki, general Daniş Karabelen və o, 1953-cü ildə bu təşkilatı qurmaq üçün görəvləndiriliblər. Təşkilatın vəzifəsi, Rusiya Türkiyəni işğal edərsə, ona qarşı mübarizə aparmaq olub.
İsmail Tansu deyib ki, əgər Özəl Hərb Dairəsi hazırda iddia olunan işlərə qarışıbsa, bu, Silahlı Qüvvələrin daxilində təhlükəli bir durumun yaranmasından xəbər verir: “1990-cı ilə qədər bu təşkilat ona verilən vəzifəni yerinə yetirib və vəzifəsi siyasətdən kənardır. Siyasətlə bağlı məsələlərə qarışdıqlarını güman etmirəm. Qanunlara zidd hərəkət edən hərbçilərin davranışları vətənə xəyanət olar. Ancaq Özəl Hərb Dairəsi bu işlərə qarışmadığı halda onu suçlamaq da vətənə xəyanətdir”.
O, Özəl Hərb Dairəsinin sənədlərinin olduğu otaqların açılmasını, hakim və prokurorlar tərəfindən həmin sənədlərin araşdırılmasının da anlaşılmaz olduğunu vurğulayıb: “Bu, Türkiyə tarixində ilk dəfə baş verdi. Böyük bir riskə getdilər. Bizim vaxtımızda həmin otaqlarda qurumun hazırlıqlarına dair sənədlər vardı. Özəl Hərb Dairəsi savaş zamanı düşmən arxasında fəaliyyət göstərəcək bir təşkilatdır. Türkiyənin müxtəlif yerlərində silah və simsiz əlaqə aparatlarından ibarət gizli anbarlar yaratdıq. Ancaq bunu bizdən başqa heç kim bilmədi. 1990-cı ildə SSRİ parçalanandan sonra bu silahların toplandığını eşitdim”.

1180