Türklərlə erməniləri genetik qohum çıxarırlar!
24 dekabr 2009 13:20 (UTC +04:00)

Türklərlə erməniləri genetik qohum çıxarırlar!

Ermənistan İlik Bankının direktoru Sevak Avagyan türklərlə ermənilərin genetik baxımdan ən yaxın xalqlar olduqlarını, kürdlərin də onlarla eyni genetik kökdən gəldiyini söyləyib.

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Sevak Avagyan ağciyər xərçənginə tutulmuş türklərlə erməni donorlar arasında ciddi genetik uyğunluq aşkarladıqlarını bildirib.

O, bu genetik yaxınlığı araşdırmaq üçün türkləri ermənilərlə birlikdə Avropa Birliyinin bu sahədə ixtisaslaşmış tibb qurumlarına müraciət etməyə çağırıb. Sevak Avagyan Ankara-İrəvan yaxınlaşmasını dəstəkləyən avropalı siyasətçilərin də bu layihəyə dəstək verəcəklərinə əmindir.

Qeyd edək ki, Madriddəki Complutense Universitetinin molekulyar biologiya bölməsinin 3 ispan professorunun hazırladığı “Ağdəniz xalqları arasında genetik əlaqələr” mövzusundakı araşdırmalarında da türklərlə ermənilərin eyni genetik kökün iki qolu olduğu vurğulanıb.

Sevak Avagyanın sözlərinə görə, türklərlə ermənilər arasındakı genetik bənzərliyi çox az sayda insan bilir: “Bizim iliklərin analizi zamanı əldə etdiyimiz nəticələr də bu hipotezanı təsdiqləyəcək səviyyədədir. Bu elmi nəticəni bilən hər kəs təəccüblənəcək. Mən 4 il əvvəl İstanbul və Ankaradakı ilik banklarının rəhbərlərinə birgə layihə təklif etdim. Layihənin həyata keçməsi üçün bu gün siyasi zəmin də var. Avropa Birliyinin qaprısını türk və erməni elm adamları birlikdə döyərlərsə, avropalılar məsələyə ciddiy anaşacaqlar. Avropa Birliyi zatən erməni-türk razılaşmasına tam dəstək verdi”.

Ermənistan İlik Bankının direktoru Türkiyəyə erməni donorlarının iliyini satmaq istədiklərini bildirib: “Bu vaxta qədər İstanbulun İlik Bankının 43, Ankaradakı İlik Bankının 5 təklifinə uyğun olaraq biz erməni donorlar tapmışıq. Ancaq siyasi münasibətlər səbəbindən ilik alınması prosesi bundan əvvəlki illərdə gerçəkləşməyib, erməni donorların ilikləri türklərə nəql olunmayıb. Yaxud Türkiyədəki ilik bankları ya Türkiyənin özündə həmin xəstlər üçün donor tapıblar, ya da bir cavab verənə qədər həmin xəstələr vəfat ediblər. Tək arzum bir gün erməni bir donordan bir türk xəstəyə ilik nəql edilməsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar