Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalı gündəlikdədir
Avropa Parlamenti Gürcüstanla bağlı yeni qətnamə qəbul edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Strasburqda Avropa Parlementindəki Gürcüstan ilə bağlı debatlar olub və bundan sonra xüsusi qətnamə qəbul edilib.
Qeyd edilib ki, bu, oktyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Avropa Parlamentində qəbul edilən ilk qətnamədir. “Qətnamədə Avropa parlamentariləri gürcü xalqını demokratiyanın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlar münasibətilə təbrik edib. Sənəddə bildirilib ki, ATƏT müşahidəçiləri ölkənin gələcəyi üçün keçirilən seçkilər beynəlxalq standartlara cavab verir və bu seçkilər Gürcüstanın gələcək inkişafı üçün həlledicidir.”
Qətnamədə eyni zamanda Cənubi Osetiya və Abxaziyanın Rusiya silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunub. “2008-ci ildə Rusiya və Gürcüstan arasında atəşkəs razılaşmasının olmasına baxmayaraq, sənədin 6-cı maddəsi hələ də yerinə yetirilmir. Avropa Birliyinin monitorinq missiyası Cənubi Osetiya və Abxaziyaya daxil olması məhdudlaşdırılıb. ”
Deputatlar eyni zamanda Gürcüstan prezidentinin rəhbərlik etdiyi partiyanın tezliklə məğlub olmasını etiraf etdiyini müsbət qiymətləndiriblər.

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55