Ukraynanın Ermənistana silah satdığına dair daha bir fakt
Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu fakt silah satışına dair iki ölkənin müvafiq orqanları arasında imzalanmış müqavilədir. APA-nın əldə etdiyi 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqavilə Ukraynanın “Ukrspetseksport” Dövlət Şirkətinin törəmə müəssisəsi olan “Ukrinmaş” Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında bağlanıb.
Müqaviləni “Ukrinmaş”ın direktor müavini Oleq Kostenko və «DG Arms Corporation»
şirkətinin Direktorlar Şurasının sədri Davit Qalstyan imzalayıblar.
Müqaviləyə əsasən, «DG Arms Corporation» “Ukrinmaş”dan 298 min dollar dəyərində 12,7x108 mm-lik 800 000 ədəd patron (264 min dollar) və 12,7x108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsi (34 min dollar) alıb.
Ermənistan şirkəti aldığı hərbi əmlakı Birləşmiş Ərəb Əmirlərinə satmalıymış. Müqaviləyə əsasən, satıcı – “Ukrinmaş” yükü Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və orada alıcıya verməliymiş.
Müqavilənin şərtinə görə, çatdırılmış hərbi əmlakın son istehlakçısı Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələridir.
Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Ermənistana gizli silah satması barədə məlumatlar yayılıb. Həmin silah satışının da məhz “Ukrspetseksport” Dövlət Şirkəti ilə «DG Arms Corporation» şirkəti tərəfindən həyata keçirildiyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda əksini tapıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrspesexport» Dövlət Şirkəti ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün «Ukrspetsexport»a «Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə «öz ətrafında etibarsız təchizatçı» kimi «Ukrspetsexport»un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Məlumatda həmçinin «Smerç»lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda «İqla» zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Onu da əlavə edək ki, Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq, eləcə də silah-sursat satışı Viktor Yanukoviçin hakimiyyətə gəlməsindən sonra intensiv xarakter alıb. Ukraynanın özünü strateji tərəfdaş adlandırdığı Azərbaycanın torpaqlarını işğal altında saxlayan bir ölkə - Ermənistanla hərbi sahədə gizli-açıq əməkdaşlığı gündən-günə genişləndirməsi narahatlıq və müəyyən suallar doğurmaya bilməz.

3659