Qarışqadan da xırda çanta  fantastik qiymətə satıldı
29 iyun 2023 15:40 (UTC +04:00)

Qarışqadan da xırda çanta fantastik qiymətə satıldı

Cəmi 657 x 222 x 700 mikron ölçüsündə miniatür əl çantası onlayn hərraca çıxarılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, MSCHF markasının “Microscopic Handbag” adlandırdığı bu aksesuar hərracda 63 min dollara satılıb. Şirkət əməkdaşlarının sözlərinə görə, çanta iynənin gözündən keçəcək qədər ensiz və dəniz duzundan kiçikdir.

Əşya iki fotonlu polimerləşmədən, mikro miqyaslı plastik hissələrin 3D çapı üçün istifadə edilən istehsal texnikasından istifadə etməklə istehsal olunub.

Satışı amerikalı musiqiçi, prodüser və dizayner Farrel Uillyams tərəfindən təsis edilmiş Joopiter auksion evi keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar