Aparıcı İradə İsak çox həssas və allergik dəri üçün maska məsləhəti verib.
Lent.az-ın məlumatına görə, aparıcının təklif etdiyi maska əsasən makiyajı silmək üçün südlərdən, toniklərdən istifadə edən qadınlara aiddir:
“Artıq 5-ci ildir ki, edirəm. Çox həssas və allergik dərim olduğu üçün bu məhsulların bahalısını almalı olurdum. Mən “Yves Rocher” istifadə edirdim. 5 il əvvəl bir flakon 22 manat idi, indi bilmirəm. Çünki 5 ildir istifadə etmirəm”.
Həmin maskanı təqdim edirik:
2 çay qaşığı duru yağla (zeytun, qarğıdalı, günəbaxan) 1 çay qaşığı adi su ilə qarışdırın. Daha sonra bu qarışığı üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə durulayın.
“Nəticədə üzünüz həm, təmiz, həm də yumşaq olacaq” – deyə aparıcı bildirib.