III Çarlzın geyindiyi palto kimindir? - 67 illik...
06 aprel 2023 14:29 (UTC +04:00)

III Çarlzın geyindiyi palto kimindir? - 67 illik...

Kral III Çarlz bazar günü Qlosterşirdə keçirilən ibadət mərasiminə qatılıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kral bu dəfə geyimi ilə diqqət çəkib. 

III Çarlz atası Şahzadə Filipin 67 illik dəri düyməli və ikiqat qalın paltosunu geyinib. Bundan əlavə, atasının ən sevdiyi kəmərini də taxıb. Məlumata görə, Edinburq hersoqu Filippin bu palto ilə ilk dəfə 1956-cı ildə görünüb. 

Sözügedən geyimlər Londonun “Haste & Lachter” moda evinə aiddir. Deyilənə görə, bu brend Filipin ən sevdiyi markası olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Sevinc Fərid

Oxşar yazılar