Gürcüstandakı gözəllik yarışmasını azərbaycanlılar qazandı
14 fevral 2022 13:45 (UTC +04:00)

Gürcüstandakı gözəllik yarışmasını azərbaycanlılar qazandı

Paytaxt Tbilisidə keçirilən "Mister Valentin Georgia 2022" gözəllik yarışmasında yerli azərbaycanlı gənclər uğurlu nəticə əldə ediblər.

Lent.az 24News.ge istinadən xəbər verir ki, Tbilisidə keçirilən yarışmada 10 nəfər oğlan iştirak edib.

"Mister Valentin Georgia 2022" gözəllik yarışmasının qalibi əslən Bolnisidən olan Elizbar Məmmədov, ikinci yeri Dmanisidən olan Əziz Musayev, üçüncü yeri isə Tbilisidən olan Giorgi Kutxaşvili qazanıb.

İlk üçlükdə yer tutan yarışmaçılara müxtəlif hədiyyələr təqdim olunub. Özlərinə favori seçimində isə münsiflərin bir çoxu Elizbar Məmmədovu və Əziz Musayevi seçiblər və onlar müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Elizbar Məmmədov 2019-cu ildə Gürcüstanda "Mister Golden Brand" gözəllik yarışmasında ikinci yeri qazanmışdı.

Xatırladaq ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki, həvəskər idmanla və "Powerlifting" idmanının "Bench-press" növü ilə məşxul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə 24News Tv internet televiziyasının "Gəncin yolu" və "Sosial Eksperiment" verilişlərinin aparıcısı olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4365
avatar

Sevinc Fərid

Oxşar yazılar