Dünya məşhurları  harda və necə   görüntüləndi? - FOTO
15 mart 2022 09:07 (UTC +04:00)

Dünya məşhurları harda və necə görüntüləndi? - FOTO

Konsertlərdə, televiziyalarda dəbli libasları ilə gündəmdə olan məşhurlar gündəlik həyatlarında da tərzləri ilə diqqət çəkir. 

Lent.az bu həftə ərzində müxtəlif yerlərdə, fərqli stilləri ilə görüntülənən dünya ulduzlarını sizə təqdim edir: 

Məşhur ulduz Kayli Cenner Los-Ancelesdə görüntülənib. Cenner krem rəngli sviter və ilan naxışlı “Hermes” çantası ilə diqqət çəkib. 

45 yaşlı Hollivud ulduzu Rayan Reynolds Manhettendə işlərini həll edərkən kameralara düşüb. Krem rəngli pencək və “plaid” formalı şalvar geyinən aktyor kombinini günəş eynəyi ilə tamamlayıb. 

Amerikalı model və aktrisa Kaya Gerber Beverli Hillsdəki kafelərin birində dostları ilə görüntülənib. Gerber rahat stili və son dövrlər dəbdə olan şapkası ilə gündəmə gəlib. 

Portuqaliyalı model Sara Sampao pilates məşqindən sonra qırmızı idman geyimi ilə kameralar tuş gəlib. 

Dünyaca məşhur aktrisa və müğənni Hilari Daff balaca qızı Banks ilə görüntülənib. Aktrisa qara dərili şapkası və krem rəngli şalvarı, həmçinin “Converse” ayaqqabıları ilə diqqət çəkib. 

Tanınmış müğənni Rita Ora Nyu-York küçələrində rəngli sviter, bəzəkli şalvarı və “prada” çantası ilə obyektivlərə tuş gəlib. 

Amerikalı model Lori Harvi Los Ancelesdə əlində meyvə şirəsi ilə görülüb.  Harvinin qara sport kombinində diqqət çəkən parçalar “Yezzy” ayaqqabıları və “Balenciaga” şapkası idi. 

Dünyaca məşhur model Alessandra Ambroso tədbirdən çıxarkən dəri gödəkçə və cins şalvar geyimi ilə diqqət çəkib. Kombinini tamamlayan parça hissə “Hermes” çantası idi. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Sevinc Fərid

Oxşar yazılar