DİQQƏT!  - Yayda bu paltarlar xəstəlik gətirir
05 iyul 2023 20:15 (UTC +04:00)

DİQQƏT! - Yayda bu paltarlar xəstəlik gətirir

Parlaq günlər, bol günəş, isti hava... Yay bu möhtəşəm xüsusiyyətləri ilə bizi sevindirir. Amma isti havalarda geyim seçimi etməkdə çətindir. Elə geyimlər seçmək lazımdır ki, onlar bizi sərin saxlasın, tərlətməsin və rahatlıq versin.

Lent.az  xarici mətbuata istinadən xəbər verir ki, ən əsası isti havalarda sintetik materiallı geyimlərdən uzaq durmaq lazımdır. Bu parçalar qırışmır, tez quruyur deyə çox insanların seçimi onlardan yana olur. Bununla yanaşı, qiymət baxımından da ucuzdur. Ancaq təəssüf ki, yayda sintetik parçadan olan geyimlər çox zərərlidir. Belə ki, dərinin nəfəs almasına imkan verməyən, onu qıcıqlandıran və qoxuya səbəb olan sintetik parçalar bəzi revmatik xəstəliklərə səbəb ola bilər.

Bəs, yayda necə paltarlar geyilməlidir?

Pambıq parça materiallı köynəklər isti havanın xilaskarıdır. Ümumiyyətlə, bu ərəfələrdə çalışıb pambıqdan hazırlanmış paltarlara üstünlük verilsin. Onlar dərinin nəfəs almasına şərait yaradır və tərləməyə yol vermir. Həmçinin, kətan geyimlər də yayın vazkeçilməzləri arasındadır. Açıq rəngli kətan bluz və ya boş şalvarlar rahatlıq və sərinlik üçün ideal seçimdir.

Uşaqlara gəldikdə isə onların geyimlərinə xüsusi diqqət lazımdır. Çalışıb azyaşlılara paltar alarkən kanserogen maddələrə qarşı diqqətli olmaq lazımdır. Geyimlərdən tərləmə yolu ilə insan orqanizminə keçən bu boyalar insan DNT-sinə təsir edərək xərçəngə də səbəb olma ehtimalı var.

İsti havaya qeyri-gigiyenik geyimlər də əlavə olunduqda, uşaqlarda narahatlıq daha da artır. Həmçinin, günəşli ərazilərdə rəng seçimləri də vacibdir. Həddindən artıq işığı əks etdirən açıq pastel rəngli paltarlar geyinmək uşaqlarımızın sağlamlığı üçün hər zaman daha faydalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Sevinc Fərid

Oxşar yazılar