Dəbdən düşmüş  payız ayaqqabıları açıqlandı
06 oktyabr 2023 10:41 (UTC +04:00)

Dəbdən düşmüş payız ayaqqabıları açıqlandı

Kanadalı stilist Culiya dəbdən düşmüş payız ayaqqabılarını açıqlayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya zamşa və yuvarlaq burunlu çəkmələri daxil edilib. Bir çox qadınlar bu ayaqqabıları dar cins şalvarla birlikdə geyinməyə üstünlük verir. Ancaq təəssüf ki, bu kombinlər artıq trend deyil. 

Bundan əlavə, mütəxəssis yan tərəfində V formasında kəsik olan çəkmələri anti-trendlər siyahısına daxil edib.

Mütəxəssis eyni zamanda bu mövsümün aktuallaşan ayaqqabıları da qeyd edib. Onun sözlərinə görə, kovboy, dizdən hündür dəri çəkmələrə, həmçinin motosikletçi və velosipedçi üslubunda olan formalara daha yaxından nəzər salmağa dəyər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12699
avatar

Sevinc Fərid

Oxşar yazılar