Bu ilin ən dəbli SAÇ RƏNGLƏRİ
30 avqust 2022 17:19 (UTC +04:00)

Bu ilin ən dəbli SAÇ RƏNGLƏRİ

2022-ci ilin payızında ən dəbli saç rənglərinin siyahısı məlum olub.

Lent.az bildirir ki, bu barədə "The Voice" jurnalı məlumat yayıb. 

Bildirilir ki, qızıl sarışın 2022-ci ilin payızında ən dəbli saç rəngi olacaq. Bundan başqa, açıq şabalıdı və darçın rəngləri də aktual olacaq. 

Siyahıya klassik platin və qızılı sarışın da daxildir. Mütəxəssislərin fikrincə, bu rənglərin saçda parlaq qalması üçün xüsusi qayğı tələb edir. Saç maskaları, keratinlər və saç kremlərindən istifadə etsəniz, payız aylarında saçlarınız şarmlı və gözəl görünər. 

Qeyd edək ki, iyul ayında Nyu-Yorkun məşhur saç stilistləri 2022-ci ilin payızı üçün ən yaxşı saç düzümlərindən 1990-cı illərin üslubunda saç düzümlərinin dəbdə olacağını deyiblər. Hamar topuzlar, təbii, retro qıvrımlar və dəniz dalğası buruqlar gələn mövsümdə xüsusilə populyar olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6252
avatar

Nigar Namiq

Oxşar yazılar