Arıqlamaq üçün axşam  yumurta yeyin   - Dietoloq
11 fevral 2024 18:20 (UTC +04:00)

Arıqlamaq üçün axşam yumurta yeyin - Dietoloq

Dietoloqlar yumurtanı optimal səhər yeməyi hesab edir və artıq çəki ilə mübarizə aparanlara onu yeməyi məsləhət görürlər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, dietoloq İqor Strokov bu yanaşmanı yanlış hesab edir - o, əmindir ki, arıqlayanlar səhər yeməyində yumurta yeməməlidirlər.

Mütəxəssisin fikrincə, arıqlamaq üçün axşam saatlarında yumurta yemək daha yaxşıdır. “Heyvan zülalları bitki zülallarına nisbətən daha asan həzm olunur və buna görə də yaxşı bir gecə yuxusunu təmin etmək üçün axşamlar daha çox istehlak edilməlidir”, -  Strokov deyib.

Onun sözlərinə görə, xüsusilə yuxu zamanı orqanizm zülalları parçalamaq üçün çoxlu enerji tələb edir. “Bu, yağ yandırılmasını stimullaşdırır və siz sanki öz-özünə əlavə çəki itirirsiniz”, - ekspert vurğulayıb.

O qeyd edib ki, yumurta həm də yaxşı yatmağınıza kömək edir, çünki yumurtanın tərkibindəki yüksək miqdarda protein qan şəkərinizin səviyyəsinin dəyişməsini təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6873
avatar

Oxşar yazılar