2024-cü ilin  ən mübahisəli geyim  növləri açıqlandı
26 dekabr 2023 18:13 (UTC +04:00)

2024-cü ilin ən mübahisəli geyim növləri açıqlandı

2024-cü ilin insanlar arasında mübahisə yaradan moda trendləri açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu trendlərdən biri “Polo” və “Kapri” şalvarlarının dəbdə olacağı ilə bağlıdır. 

Bildirilir ki, tenniskor stili (tennis forması trendi) sayəsində populyarlaşacaq “Polo” köynəklər də mübahisələrə səbəb olacaq. Xüsusilə, “Miu Miu”, “Calvin Klein” və “Ralph Lauren” brendlərinin dizaynerləri 2024-cü ilin yaz-yay kolleksiyalarının keçmiş nümayişlərində qeyd olunan əşyaların oxşar versiyalarını təqdim ediblər.

Həmçinin, məlumata görə, satışları 22 faiz artaraq qısa kapri şalvarları da siyahıya daxil olub . Mütəxəssislər həmçinin bel səviyyəsində tüklü fırfırlı ətək və paltarları da mübahisəli moda geyimləri adlandırıblar.

“Tor və saçaqlı ətəklər üçün tendensiyalar öz ekstravaqantlığına görə mütləq ictimaiyyətdə rezonans doğuracaq”, - deyə modelyerlər yekunda əlavə ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10554
avatar

Sevinc Fərid

Oxşar yazılar