Yamalın atası  nişanlandı   - sevgilisi Lamindən 5 yaş böyükdür
06 noyabr 2025 19:46 (UTC +04:00)

Yamalın atası nişanlandı - sevgilisi Lamindən 5 yaş böyükdür

0

"Barselona"nın ulduzu Lamin Yamalın atası, 35 yaşlı Munir Nasraui, 18 yaşlı "Barselona" ulduzundan cəmi beş yaş böyük olan sevgilisi Kristina ilə nişanlandığını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yaş fərqi, xüsusən də Yamalın bu yaxınlarda Kristinadan iki yaş böyük olan sevgilisi, argentinalı müğənni Niki Nikoldan ayrılmasından sonra çox müzakirələrə səbəb olub.

Nasraui “Instagram”da eyvanda qucaqlaşan cütlüyün şəkillərini paylaşıb, onlara qara ürək və brilyant üzük təsvir olunmuş emoji əlavə edilib.

Yamalın valideynləri 2010-cu ildə, o, cəmi üç yaşında ikən boşanıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar