Üç əkiz qardaş  eyni gündə evləndi
13 mart 2026 19:20 (UTC +04:00)

Üç əkiz qardaş eyni gündə evləndi

0

Çində üçəm qardaşlar eyni gündə evlənmək və birgə toy etmək qərarına gəldikdən sonra sosial mediada məşhurlaşıblar. Mərasim martın əvvəlində Henan əyalətinin Şantsu şəhərində baş tutub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qardaşlar 2000-ci ildən sonra anadan olublar, lakin hesabatlarda onların dəqiq yaşları göstərilməyib.

The couples walking together during the event were predominantly dressed in red. Photo: Douyin

Onlardan biri, ortancıl qardaş Van, uşaqlıqdan bəri demək olar ki, heç vaxt ayrı olmadıqlarını söylyib.

Onun sözlərinə görə, qardaşlar həmişə hər şeyi birlikdə ediblər: eyni paltarları geyinir, eyni yataqda yatır və eyni məktəbə gediblər.

Hətta indi də eyni şirkətdə işləyirlər.

Ortancıl qardaş deyib ki, həyat yoldaşı Çinin cənub-qərbindəki Quyçjou əyalətindəndir və dörd ildir ki, münasibətdədirlər.

For part of the rare celebrations all three blushing brides wore white. Photo: Douyin

Böyük qardaş isə həyat yoldaşı ilə üç ildir ki, münasibətdədir. O, Çinin cənub-qərbindəki Yunnan əyalətindəndir.

Kiçik qardaşın həyat yoldaşı üçəmlərlə eyni şəhərdəndir və onların romantik münasibətləri iki ildir davam edir.

Vanın sözlərinə görə, hər üç qardaş eyni vaxtda ailə qurmağın vaxtı olduğunu hiss ediblər.

Toyun eyni gündə keçirilməsi ideyasını valideynləri irəli sürüb.

"Eyni gündə doğulduğumuzdan, birlikdə evlənməyə qərar verdik. Valideynlərim dedilər ki, daha əyləncəli və şən olacaq", - kişi bildirib.

Wedding party: The happy couples arriving at the venue where they would tie the knot. Photo: Douyin

Gəlinlər və onların ailələri bu ideyanı dəstəkləyiblər.

Van bildirib ki, qardaşlarının yanında olması mərasim zamanı özünü daha rahat hiss etməsinə kömək edib.

Eyni zamanda, xəbərlərdə qardaşların evləndikdən sonra birlikdə yaşamağa davam etməyi planlaşdırıb-planlaşdırmadıqları dəqiqləşdirilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar