Sevgi münasibətlərində birinci kim üzr istəməlidir?   – Psixoloq danışdı
16 avqust 2024 17:25 (UTC +04:00)

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Hər bir münasibətdə enişli-çıxışlı zamanlar olur. Çünki istənilən halda iki nəfər arasında münaqişə qaçılmazdır.

Münaqişədən sonra isə daha bir problem tərəflərin bir-birindən üzr istəməsidir. Bu zaman çox vaxt insanlar qarşı tərəfdən ilk addımı gözləyir. Bəs, belə vəziyyətdə ilk kim üzr istəməlidir?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı psixoloq Aleksandr Kiçaev danışıb. 

Onun sözlərinə görə, münaqişənin günahkarı kimdirsə, ilk o üzr istəməlidir. Bu, təkcə kişi deyil, həm də qadın ola bilər.

Kiçayev qeyd edib ki, əgər günah qadındadırsa, o, üzr istəməkdən çəkinməməlidir. Çünki çox vaxt qadınlar səhv olsa da, üzrü həmişə qarşı tərəfdən gözləyir. Ancaq bu doğru yanaşma deyil. 

“Hər şey münaqişənin kim tərəfindən törədilməsindən asılıdır. Yəni kişi içki içibsə, əylənibsə və ya aldadıbsa, təhqir edibsə, alçaldıbsa, ləyaqətsiz davranıbsa, təbii ki, üzr istəməlidir. Ancaq eynisi qadın üçün də keçərlidir. Yalnız kişilərin üzr istəməsi fikri yanlışdır”, - psixoloq əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3636
avatar

Sevinc Fərid

Oxşar yazılar