Rusiyalı qadınla evlənən azərbaycanlı kişi məhkəməlik oldu
12 oktyabr 2024 11:22 (UTC +04:00)

Rusiyalı qadınla evlənən azərbaycanlı kişi məhkəməlik oldu

Rusiyanın Volqaqrad vilayətində azərbaycanlı kişi ilə rusiyalı qadının nikahı ləğv edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı rusiyalı qadın və 44 yaşlı azərbaycanlı kişinin nikahı bu il martın 22-də baş tutub. Prokuror iddia ərizəsində Volqoqrad sakini ilə Azərbaycan vətəndaşı arasında münasibətlərin uydurma olduğunu göstərib.

Məhkəmədən bildirilib ki, cütlük ailə qurmaq niyyətində olmayıb. Bu nikah əcnəbinin kvota, habelə Rusiya vətəndaşlığını nəzərə almadan müvəqqəti yaşamaq icazəsi alması üçün nəzərdə tutulub.

Məhkəmədə münasibətlərin uydurma olması müttəhimlərin yazılı sübutları və əlyazma izahatları ilə təsdiqlənib. Traktorozavodsk rayon Məhkəməsi nikahı etibarsız sayaraq vətəndaşlıq qeydiyyatını ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5388
avatar

Oxşar yazılar