O axşam necə də  xoşbəxt idilər:   Şahzadə Diananın həyat yoldaşı ilə rəqsi  - Nadir -VİDEO
06 fevral 2025 14:17 (UTC +04:00)

O axşam necə də xoşbəxt idilər: Şahzadə Diananın həyat yoldaşı ilə rəqsi - Nadir -VİDEO

Bu video onların toyundan qısa bir müddət sonra "Sheraton Wentworth" otelində çəkilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Uels şahzadəsi Diana o axşam mavi şifon paltarda parlayırdı, Çarlz isə kostyum və qara qalstuk geyinmişdi.

Diana rəqs etməyi çox sevirdi və bu videoda cütlük “Sheraton Wentworth” otelindəki tədbirə gəldikləri və Çarlzın ilk dəfə həyat yoldaşını rəqsə dəvət etdiyi an göstərilir. O axşam cütlük çox xoşbəxt görünürdü. Məlum olduğu kimi, Uels şahzadəsi, rəqs etməyi çox sevirdi və hətta xüsusi rəqs dərsləri alırdı.

Yaxın zamanda Diananın rəqsə olan sevgisi haqqında film çəkiləcək. Sənədli filmdə, Uels şahzadəsini rəqsə öyrədən rəqs müəllimi Enn Allanın hekayəsi danışılacaq. O, həmçinin Diananın məşhur Ağ evdə aktyor Con Travolta ilə rəqs etməyə hazırladığı zaman məsuliyyət daşıyan şəxs idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar