İkardi keçmiş arvadı ilə bütün  “körpüləri yandırdı”   – Görün nə etdi?
25 yanvar 2023 18:07 (UTC +04:00)

İkardi keçmiş arvadı ilə bütün “körpüləri yandırdı” – Görün nə etdi?

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin ondan ayrılmaq qərarına gələn həyat yoldaşı Vanda Nara ilə bütün körpüləri yandırıb.

Lent.az bildirir ki, İtaliya mətbuatında yer alan xəbərə görə; Mauro İkardi həyat yoldaşı Vanda Nara və uşaqlarının istifadə etdiyi şəxsi təyyarəsini geri alıb.

Bununla kifayətlənməyən Mauro İkardi Vanda Naranın kredit kartlarını da bloklayıb. Nara alış-veriş edərkən bunu görəndə qəzəbindən partlayıb.

Vanda Nara ilə bütün körpüləri yandıran argentinalı hücumçu nəhayət ki, övladları Françeska və İzabellanı himayəsinə götürmək üçün hərəkətə keçib.

İkardi vəkillərinə uşaqlarına qəyyumluq etmələri və ya heç olmasa birgə nəzarətdə yaşamaları barədə göstəriş verib.

# 3003
avatar

Oxşar yazılar