Gəlin bəyin otağını  ilk dəfə gördü: 20 dəqiqə sonra boşanma  tələb etdi
09 dekabr 2025 19:20 (UTC +04:00)

Gəlin bəyin otağını ilk dəfə gördü: 20 dəqiqə sonra boşanma tələb etdi

0

Hindistanın Uttar-Pradeş ştatının Deoriya şəhərində gəlin bəyin otağını gördükdən sonra boşanma tələb edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, noyabrın 25-də gəlin və bəyin ailələri dəbdəbəli bir toy mərasimi keçiriblər.

Bütün tələb olunan rituallardan sonra gəlin ilk dəfə bəyin evinə baş çəkib. İyirmi dəqiqə sonra o, bəyin otağından çıxıb və artıq orada yaşamayacağını bildirib.

Həm bəy, həm də qohumları gəlini razı salmağa çalışıblar, amma gəlin öz mövqeyində qalıb.

Ertəsi gün həm ailələr, həm də kənd şurası məsələni beş saat müzakirə ediblər. Nəticədə, onlar nikahı ləğv etmək və hədiyyələri geri qaytarmaq qərarına gəliblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar