Evliliyin ən böyük düşməni  nədir? Hollivud ulduzunun vəkili danışdı
01 dekabr 2025 16:43 (UTC +04:00)

Evliliyin ən böyük düşməni nədir? Hollivud ulduzunun vəkili danışdı

0

Ailələr üzrə ixtisaslaşmış vəkil Ceki Koms hesab edir ki, boşanmaların böyük əksəriyyəti eyni səbəbdən, cütlüklər arasında sağlam ünsiyyətin olmamasından qaynaqlanır. Səkkiz illik təcrübəyə malik hüquqşünasın sözlərinə görə o, supermodel Emili Ratakovski və stilist Kris Eppleton kimi tanınmış şəxslərin maraqlarını qoruyub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hüquqşünasın sözlərinə görə,  insanların status və maliyyə imkanlarından asılı olmayaraq problemlər çox zaman eyni xarakter daşıyır.

Koms vurğulayıb ki, bir çox ailə mübahisələrinin əsas səbəbi məsələləri açıq şəkildə müzakirə edə bilməməkdir. Onun müştəriləri ilə yaxın iş münasibətləri, həm intim, həm də maliyyə sahəsindəki bütün prosesləri yaxından görməsinə imkan verir.

Mütəxəssis qeyd edir ki, mübahisələr adətən maliyyə mövzularından başlayır. Məsələn, hər gün bahalı qəhvə almağın nə dərəcədə lazım olması kimi kiçik fikir ayrılıqları zamanla böyük konfliktlərə çevrilə bilər. Bundan əlavə, fikir ayrılıqları uşaqların tərbiyəsi, birgə vaxtın təşkili və evdaxili öhdəliklərin bölüşdürülməsi kimi daha ciddi mövzulara da təsir edir.

Bu tendensiyanı digər hüquqşünaslar da təsdiqləyir. Ulduzların vəkili Laura Vasser hesab edir ki, məhz ünsiyyət çatışmazlığı evlilikləri dağıdır.

Onun fikrincə, tərəfdaşlar problemləri münasibətlər sabit vaxtda müzakirə etməyi öyrənməsələr, çətinliklərlə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilməyəcəklər.

Ekspertlər bildirirlər ki, uzunmüddətli münasibətlərin açarı nikahdan əvvəl açıq və səmimi söhbətlərdən keçir. Söhbət maliyyə məsələlərindən, dinə münasibətdən, uşaqlara və qohumlara yanaşmadan, həmçinin nikah müqaviləsi imkanından gedir. Hüquqşünaslar vurğulayırlar ki, dürüst dialoq qurma bacarığı demək olar ki, bütün böhranlı vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar