Əri ilə anasını yataqda tutan qadın nələr etdi...
11 fevral 2021 11:18 (UTC +04:00)

Əri ilə anasını yataqda tutan qadın nələr etdi...

Dünyada ən çox güvəndiyiniz və sevdiyiniz iki insanın xəyanəti ilə üzləşmək bir qadının başına gələ biləcək ən pis hadisədir.

Bu necə talesizlikdir? Kimə əsəbləşsin, anasına, yaxud həyat yoldaşına?

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, adının çəkilməsini istəməyən 23 yaşlı bir qadın anasını və ərini yataq otağında tutub. Üç övladı olan bu qadın 28 yaşlı həyat yoldaşı ilə 7 ildir evlidirlər.

Pandemiya dövründə əri işini itirir və evinin kirayəsini ödəyə bilmədikləri üçün həyat yoldaşının anasının evinə köçürlər. Əlbəttə, bura köçdükləri zaman evdə kifayət qədər adam olur, amma qadının anası bundan narahat olmur və nəvələrinin yanında qalmaqdan çox razı idi.

Bir müddət sonra qadın şübhələnməyə başlayır. Çünki əri və anası tez-tez dostlarla görüş adı ilə çölə çıxırlar. Ancaq gənc qadın bu fikirlərin çox iyrənc olduğunu qəbul edərək bu haqda düşünməməyə cəhd edir. Ancaq hər ikisini eyni yataqda gördükdən sonra qorxduğu şeyin başına gəldiyini başa düşür:

"Parkda bir dostumla görüşmək üçün evi tərk etmişdim.  Onları elə həmin gün tutdum. Uşaqlarımdan biri xəstələndi və evə getməli oldum. Bu mənzərə ilə qarşılaşdım. Üst mərtəbədən səslər eşitdim, çıxıb baxanda, həyat yoldaşımı anamın otağında gördüm. Qapını açanda onları eyni yataqda gördüm. Həmin an ikisinə də qışqırdım”.

Gənc qadının sözlərinə görə, onların xəyanətinin daha pis tərəfi uşaqlarının da evdə olması idi:

"Məni ən çox üzən şeylərdən biri onlar yuxarı mərtəbədə mənə xəyanət edərkən uşaqlarımın da o evdə olmasıdır. Əlbəttə, dərhal uşaqlarımı evdən çıxarıb bir dostumun yanına getdim. Boşanmaq üçün sənəd vermişəm. Maraqlı tərəfi budur ki, anam mənə bu hadisədən sonra bir dəfə belə zəng etmədi…”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97386
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar