Sosial media istifadəçiləri gözlənilməz şəkildə elçi rolunu öz üzərlərinə götürərək, ABŞ prezidentinin 19 yaşlı oğlu ilə 18 yaşlı Danimarka şahzadəsi İzabella arasında evliliyin prezident Donald Trampın Qrenlandiya ilə davam edən mübahisəsini yüngülləşdirə biləcəyini irəli sürüblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, son aylarda ABŞ prezidenti Danimarka daxilində müstəqil bir bölgə olan Qrenlandiyanın alınması ideyasını dəfələrlə irəli sürüb. Bu təklif Danimarka rəsmilərinin mənfi reaksiyasına səbəb olub və Ağ evin ərazini zorla ələ keçirmə ehtimalına işarə etməsindən sonra gərginlik artıb.
Sosial media istifadəçilərindən biri mübahisəyə "diplomatik həll" təklif edib: Bu, Berron Trampın Danimarka şahzadəsi İzabella ilə evlənməsini və Qrenlandiyanın cehiz kimi Amerikaya verilməsini nəzərdə tutur.

Paylaşım altı milyondan çox baxış toplayıb və digər istifadəçilərdən coşğulu dəstək alıb: "O, yaraşıqlı və ağıllıdır, qız da yaraşıqlı və ağıllıdır. Əla bir təklif kimi səslənir", "Zərif bir həll".
Lakin bu fikir hamını həyəcanlandırmayıb. "Bu, geosiyasət deyil; bu, orta əsrlər xəyalıdır. Qrenlandiya sövdələşmə vasitəsi deyil, Danimarka şahzadəsi İzabella piyada deyil və Berron Tramp diplomatik vasitə deyil. Ölkələr nikah mübadiləsi aparmırlar; bu, 1400-cü illər deyil."
Şahzadə İzabella kral Frederik və kraliça Marinin böyük qızıdır. O, hazırda qardaşı Kristiandan sonra taxt-taca namizədlikdə ikinci yerdədir.
Berron Donald Tramp və həyat yoldaşı Melaniyanın birlikdə yaşadığı yeganə uşaqdır. O, hazırda Nyu-York Universitetində təhsil alır.