Bəziləri sevgini ömür boyu axtarır, digərləri isə evlənməni idmana çevirərək partnyorları əlcəklik kimi dəyişir.
Lent.az bu yazıda sizi şok edəcək detallarla tanış edəcək.
Kimlər nikah aktını rekord həddə çatdırıb?
30 ilə 106 toy – bu sevgi, yoxsa dəliilikdir?
Devid və Loren Bler – sadəcə sevgililər deyil, toy mərasiminin həvəskarlarıdır. Onlar 1982-ci ildə tanış olublar və ilk toylarını keçiriblər, lakin bununla kifayətlənməyiblər.
30 il ərzində cütlük 106 dəfə “Bəli” deyib! Parisdən Tokiyoya, Balidən Norveçin qarlı dağlarına qədər hər yerdə toy ediblər. Foto albomları toy şəkilləri ilə dolub-daşır.
Ən maraqlısı isə – toy tarixləridir: 01.01.01, 02.02.02, 03.03.03... və beləcə 12.12.12-yə qədər. İndi onların ildə 12 “evlilik ildönümü” var – romantika üçün əla bəhanə!
Linda Esseks necə 23 üzük topladı (və hələ də davam edir)?
Linda Esseks – qeydiyyat şöbələrinin kraliçasıdır. İlk dəfə 16 yaşında ərə gedib və bu, sonrakı 22 nikahın başlanğıcı olub. Onun həyat yoldaşları arasında cinayətkarlar da, geylər də, milyoner də, evsizlər də olub. Bəzilərilə üç dəfə evlənib və üç dəfə boşanıb!
“Ağ gəlinlikləri, şampanı və qonaqların alqışlarını sevirəm”, – Linda deyir.
23-cü boşanmadan sonra belə, o hələ də rekordunu yeniləməyə ümid edir.
Ruhani-donjuan: 29 arvad, 40 nəvə və tənhalıqda ölüm
Glinn Vulf – baptist keşişi olub, lakin mükəmməl gəlin axtarışı onun əsas məşğuliyyətinə çevrilib. 29 dəfə evlənib, 19 uşağı, 40 nəvəsi var – onun ailəsi bütöv kəndi doldura bilərdi.
Ən uzun nikahı – 11 il, ən qısa nikahı isə – cəmi 19 gün çəkib.
İronik sonluq: infarktdan vəfat edən Glinni 29 keçmiş həyat yoldaşından heç biri basdırmaq istəməyib. Ən maraqlısı isə: O, sonradan Linda Essekslə də evlənib. Bu formal nikah hər ikisi üçün sonuncu evlilik olub. Glinndən sonra Linda evlənməyə son verib.