Çeçenistanda bir il ərzində boşanan 5,7 min cütlükdən 2,6 mini barışıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, idarələrarası işçi qrupları fəaliyyət göstərdikləri bütün dövr ərzində 22 720 barışdırıcı tədbir həyata keçiriblər. İşə yerli məmurlar, hüquq-mühafizə orqanları, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşları, din xadimləri və ağsaqqallar cəlb olunub. Cütlüklərin necə barışdığı açıqlanmayıb.
2017-ci ildə Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada nikah və ailə münasibətləri üzrə komissiyalar yaradıb.