Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan film- FOTOLENT
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” filmlər studiyası və “AGP” prodakşının birgə istehsalı olan “Onun ürəyi” filminin çəkilişləri başa çatıb. Filmin mətbuat əlaqələndiricisi Nərmin Muradovanın Lent.az-a verdiyi məlumata görə, Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan filmə iyun ayında start verilib.
Bakı, İsmayıllı və Naxçıvanda çəkilişləri gerçəkləşən filmdə 3D qrafikasından geniş istifadə olunub: “Filmin musiqiləri hazırdır, montaj və qrafika işləri paralel olaraq aparılır. 25 dəqiqə həcmində olan filmin süjet xətti xeyirlə şərin mübarizəsi üzərində qurulub. Bir zamanlar pərilər şahı öz ailəsi ilə çox xoş günlər keçirirdi. O xalqını çox qorxulu bir cadugərdən - Şərrindən xilas etmiş və onu çox hündür bir dağın başındakı zindanda dustaq etmişdi. Əli heç yana çatmayan Şərrin öz tilsimini cadulayır və onu milçəyə bənzər bir həşərata çevirir. Milçək Şərrinin əmri ilə pərilər şahının oğlunu sancır və ağ Ağdan ailəsinin gözü qarşısında qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur. Bu məhəbbət onun həyatını dəyişir”.
Musiqi, xoreoqrafiya, gözoxşayan görüntülərlə zəngin olacaq filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğludur. Ekran əsərinin müəllifi və bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərov, baş prodüseri Mahir İbrahimovdur. Filmdə əsas rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.
Qeyd edək ki, filmin yanvar ayında tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, sayca dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət” filmlərini ekranlaşdırıb.
Lalə Yusifqızı

Oxşar yazılar

"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55
Kennedilər ailəsinin faciəvi sevgi hekayəsindən film çəkilir
18 iyun 2025 , 15:29
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06