Rayon sakini özünü güllələdi
02 dekabr 2020 11:33 (UTC +04:00)

Rayon sakini özünü güllələdi

Zaqatalada kişi ehtiyatsızlıqdan güllə yarası alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Gözbarax kəndində baş verib. Kənd sakini, 43 yaşlı Hüseyn Rəcəb oğlu İbiyev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində qəfildən açılan atəş nəticəsində xəsarət alıb.

H.İbiyev yaxınlarının köməyi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıb.

# 1330
avatar

Oxşar yazılar